Dekabrın 18-i dünyada Beynəlxalq Miqrantlar Günü kimi qeyd olunur.
"Tehsil365" xəbər verir ki, Bu əlamətdar gün 2000-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilib və miqrantların hüquqlarının müdafiəsi, onların sosial rifahı və inteqrasiyası məsələlərinə diqqət çəkmək məqsədi daşıyır.
Hazırda dünyada 280 milyondan çox insan doğma yurdundan kənarda yaşayır. Onların əksəriyyəti daha yaxşı həyat, təhlükəsizlik və layiqli əmək şəraiti axtarışında ölkələrini tərk edənlərdir.
BMT qeyd edir ki, miqrantlar qlobal inkişafın ayrılmaz hissəsidir və onların cəmiyyətə inteqrasiyası, hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır. Bu gün, həm də miqrantların qarşılaşdığı çağırışlara və onların töhfələrinə hörmət göstərmək üçün fürsətdir.
Azərbaycan da beynəlxalq miqrasiya proseslərində iştirak edən ölkələrdən biridir və ölkədə miqrantların hüquqlarının qorunması istiqamətində qanunvericilik və institusional islahatlar həyata keçirilir.

