1997-ci il dekabrın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalayıb.
"Tehsil365" xəbər verir ki, Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından zorla deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilib. Həmçinin, bu deportasiya aktlarının XIX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı aparılmış təqib və soyqırımı siyasətinin davamı olduğu vurğulanır.
Fərman həmin qanlı hadisələrin tarixi ədalət prizmasından qiymətləndirilməsi və gələcək nəsillərin yaddaşında yaşadılması məqsədi daşıyır.

