Astara şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Məktəbimizin Gənc Diplomatları” qrant layihəsi çərçivəsində açılış mərasimi təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Layihə müəllimi Gülnar Məlikzadə (Məmmədova) tərəfindən icra edilən bu təşəbbüs, şagirdlərdə beynəlxalq münasibətlər, debat, ictimai çıxış və diplomatik yazışma bacarıqlarının inkişafına yönəlib.
Layihə çərçivəsində 60 nəfər şagird və 12 nəfər müəllim üçün onlayn infosessiyalar keçiriləcək, 4 saatlıq komanda quruculuğu təlimi təşkil olunacaq və 2 günlük MUN (Model of United Nations) simulyasiya konfransı reallaşdırılacaq.
Məqsəd, gənc nəsildə analitik düşüncə və beynəlxalq əlaqələr sahəsində bilikləri artırmaqdır. Layihə, gənc diplomatların formalaşmasına mühüm töhfə verəcək.

