Cari tədris ilində məktəbdə PISA for Schools beynəlxalq qiymətləndirməsinin keçirilməsi nəzərdə tutulub.
"Tehsil365" xəbər verir ki, Qiymətləndirmənin əsas məqsədi şagirdlərin real həyat bacarıqlarını ölçmək, tədrisin keyfiyyətini beynəlxalq səviyyədə müqayisə etmək və təlim prosesinin güclü və inkişaf etdirilməli tərəflərini müəyyənləşdirməkdir.
Qiymətləndirmə nəticələri məktəbin davamlı inkişaf strategiyasının hazırlanmasında əsas rol oynayacaq. Bu nəticələr əsasında məktəbin inkişaf planı hazırlanaraq mərhələli şəkildə həyata keçiriləcək.
Məktəb rəhbərinin əmrinə əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini Sara Nağıyeva və metodist Cəmilə Əlibalayeva müəllim heyətinə PISA for Schools qiymətləndirməsinin məqsədi, məzmunu və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

