15-19 dekabr tarixlərində keçirilən “Təbiət fənləri həftəsi” çərçivəsində məktəbimizin V sinifində Təbiət fənnindən açıq dərs təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Dərsi müəllim Əfəndiyeva Gülnar aparıb. Şagirdlər dərs zamanı təbiət hadisələri və ətraf mühit haqqında biliklərini nümayiş etdirərək fəal iştirak ediblər. Açıq dərs tədris prosesinin keyfiyyətinin artırılmasına və şagirdlərin mövzuya marağının yüksəldilməsinə xidmət edib.

