Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli Məktəb-Liseydə Təbiət fənn həftəsi çərçivəsində 5-ci rus bölməsi sinfində müəllim Ceyhunə Mütəllibovanın "Fiziki və kimyəvi hadisələr" mövzusunda nümunəvi dərsi təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Dərs zamanı şagirdlər fiziki və kimyəvi hadisələr arasındakı fərqləri müxtəlif nümunələr əsasında öyrənib, mövzu əyani və interaktiv üsullarla izah edilib. Açıq dərs şagirdlərin dərsə marağını artırmaq və biliklərini möhkəmləndirmək baxımından böyük fayda verib.

