Təhsil 365 - Logo Mobile

“Alimlik dərəcəsi artıq perspektivli sayılmır” Ramin Nurəliyev

11618.12.2025 - 07:11
“Alimlik dərəcəsi artıq perspektivli sayılmır”  Ramin Nurəliyev

“Hazırda ölkəmizdə alimlik dərəcəsi, xüsusilə də yaşlı təbəqə üçün, o qədər də perspektivli hesab edilmir. Bunun əsas səbəbi ondan ibarətdir ki, sovet düşüncə tərzi və sovet nəzəri yanaşması ilə alimlik dərəcəsi almış şəxslərin bir qismi müasir texnologiyalar, çağdaş tədqiqat metodları, yeni elmi sistemlər, texnoloji avadanlıqlar, süni intellekt və ümumilikdə beynəlxalq elmi praktikaların tətbiq etdiyi qaydalar barədə yetərli məlumata malik deyil. Əlbəttə, bunu bütün alimlərə şamil etmək olmaz, lakin müəyyən, hətta böyük bir qismi üçün bu mənzərə xarakterikdir. Xüsusilə ali təhsil müəssisələrində tədris prosesini həyata keçirən alimlərin yarıdan çoxunun fəaliyyəti qənaətbəxş hesab edilə bilməz. Onlar əsasən yalnız nəzəri biliklərə əsaslanır, praktik biliklərdən isə demək olar ki, xəbərsizdirlər. Bu səbəbdən tələbələrə də müasir tələblərə cavab verən bilik və bacarıqlar ötürməkdə çətinlik çəkirlər”.

Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev çıxışında “alim” adının yalançı alimlərdən qorunmasının vacibliyini vurğulayıb. Nazir bildirib ki, bu adın layiq olmayan şəxslərə verilməsi elmi mühitin keyfiyyətinə zərər verir və gələcək nəsil tədqiqatçılar üçün düzgün nümunə yaratmır. O, həmçinin qeyd edib ki, alim adının qorunması elmi fəaliyyətin şəffaflığının və ciddiliyinin təmin olunması üçün mühüm addımdır.

Ekspert qeyd edib ki, gənc tədqiqatçılar və gənc alimlər müasir dövrün tələblərinə daha yaxşı uyğunlaşdıqları üçün onlardan gələcək baxımından daha böyük ümidlər gözlənilir.

"Hesab edirəm ki, gənc alimlərin önünün açılması mütləqdir. Həm ali təhsil müəssisələrində, həm də Elm və Təhsil Nazirliyi tərəfindən onlar üçün xüsusi şərait yaradılmalıdır. Hazırda ölkəmizdə tədqiqat fəaliyyəti, alimlik dərəcələrinin əldə olunması və beynəlxalq elmi məqalələrin yazılması sahəsində ciddi problemlər mövcuddur. Bu səbəbdən ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin, alim və dosentlərin böyük bir qismi bu istiqamətdə yetərli təcrübəyə malik deyil. Arzuolunan olardı ki, Elm və Təhsil Nazirliyi nəzdində tədqiqat fəaliyyəti, alimlik dərəcələri və elmi məqalələrin yazılması istiqamətində ixtisaslaşmış elmi araşdırma mərkəzi yaradılsın. Alimlər və gənc tədqiqatçılar həmin mərkəzdə mütəmadi olaraq fəaliyyət göstərərək elmi araşdırmalarla, məqalə yazılışı, tədqiqat metodologiyası, elmi kəşflər üzərində işləsinlər. Bu, həm daha səmərəli, həm də dahaəlverişli olardı. Həftənin müəyyən günlərində alim və gənc tədqiqatçıların bu mərkəzə cəlb olunması onların bir-birinə dəstək verməsinə, təcrübə mübadiləsi aparmasına və ölkənin elmi gələcəyi üçün mühüm addımlar atmasına şərait yaradardı. Nəticədə daha çox elmi dərəcə əldə edilər, daha çox beynəlxalq məqalə nəşr olunar və elmi araşdırmaların həcmi artar. Bu istiqamətdə artıq konkret addımlar atılmalıdır. Gənc alimlər üçün mütləq şəkildə maddi dəstək mexanizmləri formalaşdırılmalıdır. Tədqiqatfəaliyyəti, elmi ixtiralar, kəşflər və məqalələrin hazırlanması maliyyə vəsaiti tələb edir və bu vəsait dövlət tərəfindən dəstəklənməlidir. Beynəlxalq təcrübə də bunu açıq şəkildə göstərir. ABŞ-da və Avropanın bir çox ölkələrində elmi araşdırma mərkəzləri mövcuddur və gənc alimlərin həmin mərkəzlərdə fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılıb. Belə mərkəzlərin formalaşdırılması ölkəmizdə də alimlərin sayının artmasına, elmi potensialın inkişafına və tədqiqatlar üçün real şəraitin yaranmasına səbəb olar. Fikrimcə, hazırda Azərbaycanda buna çox böyük ehtiyac var. Gənc alimlərin inkişafı istiqamətində Elm və Təhsil Nazirliyi, Elmlər Akademiyası və digər müvafiq dövlət qurumları daha aktiv mövqe nümayiş etdirməli, onlara həm maddi, həm də mənəvi dəstək göstərilməlidir".

Amidə Zeynalova

Xəbər Lenti

Təhsil eksperti Məzahir Məmmədli:"Bizim sistemin özündə müəyyən dəyişikliklər olunmalıdır"18.12.2025 - 20:13
Tarixdə ilk dəfə qızılın unsiyası 4 400 dolları keçib18.12.2025 - 19:39
Bakıda “Birlikdə 5 il” Könüllülər Festivalı keçirilib18.12.2025 - 19:23
Qarabağ müharibəsi iştirakçısı olmuş həkim vəfat etdi18.12.2025 - 19:11
Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb18.12.2025 - 18:57
Qurban Qurbanov: Son həftələr çox güc sərf edilib18.12.2025 - 18:40
“Sabah”ın baş məşqçisi: Futbolçularım “Qarabağ”a qarşı əla oynadılar18.12.2025 - 18:24
AKTİ sədri: "Könüllülük Həftəsi"nə ümumilikdə 17 min könüllü cəlb olunub18.12.2025 - 17:51
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib18.12.2025 - 17:39
Misli Premyer Liqası: “Qarabağ” təxirə salınmış oyunda “Sabah”a uduzub18.12.2025 - 17:20
Naxçıvanda kolleclərdə təhsil alan tələbələrin sayı açıqlanıb 18.12.2025 - 17:01
Azərbaycan Universiteti ilə ADNSU arasında anlaşma memorandumu imzalanıb18.12.2025 - 16:46
Ulu Öndərin strateji iradəsi milli mühəndislik məktəbini formalaşdırdı18.12.2025 - 16:30
"Global Media Group"un 55 əməkdaşı "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif olunub18.12.2025 - 16:16
Faydası qabığındadır18.12.2025 - 16:07
Güclü yağışdan sonra dəniz qırmızıya boyandı18.12.2025 - 15:56
Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb18.12.2025 - 15:40
Sabah 10 dərəcə isti olacaq - 19.12.202518.12.2025 - 15:29
Dəhşətli cinayət törədən gənc barədə hökm açıqlandı18.12.2025 - 15:17
Peşə Mərkəzinin tələbələri kulinariya yarışında birincilik qazanıblar18.12.2025 - 15:00
Təcrübəli müəllimlər də könüllülük fəaliyyətinə cəlb oluna bilər - Millət vəkili18.12.2025 - 14:49
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dörd milyon manatlıq İT avadanlıqlar alacaq18.12.2025 - 14:39
Coğrafiya təhsil üçün bəhanə olmamalıdır18.12.2025 - 14:28
Yaradıcı müəllim müsabiqəsinin qalibləri bəlli olub18.12.2025 - 14:19
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib18.12.2025 - 14:01
Azyaşlılar üçün ingilis dilindən kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir18.12.2025 - 13:43
Bu kollecin imtahanlarında fənlərin sayı azaldıldı18.12.2025 - 13:30
Qarabağ Universitetinə 1200-1500 tələbə qəbulu aparılacaq18.12.2025 - 13:16
"ChatGPT”də fotolarla bağlı mühüm - Yenilik18.12.2025 - 13:00
Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib18.12.2025 - 12:45
Sentyabrdan yeni nəsil doktorantura proqramlarına başlanılacaq18.12.2025 - 12:30
Uşaqlıqda gördüyü problemə tələbəliyində çarə tapdı – AzMİU tələbəsinin uğur hekayəsi18.12.2025 - 12:16
İkili diplom proqramlarının maliyyələşdirilməsi qaydası müəyyənləşib18.12.2025 - 12:00
İkili diplom proqramları üzrə xarici ali məktəblərin seçimi təsdiqlənib18.12.2025 - 11:50
Müdir vəzifədən azad edilib18.12.2025 - 11:40
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olunub18.12.2025 - 11:25
Prezident AzMİU-nun rektoru və əməkdaşlarını təltif etdi 18.12.2025 - 11:15
"Fundamental tədqiqatlar olmadan uğur əldə etmək çətindir"18.12.2025 - 11:05
MDU və ADNSU əməkdaşlıq edəcək18.12.2025 - 10:55
"Aparılan quruculuq işlərinin əsas icraçıları bizim məzunlardır"18.12.2025 - 10:45
"Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar"18.12.2025 - 10:30
Polis Akademiyasına kursant qəbulu başlayıb18.12.2025 - 10:20
Yaradıcı müəllim müsabiqəsinin qalibləri müəyyənləşib18.12.2025 - 10:05
AzMİU-nun 50 illik yubileyi qeyd olunub18.12.2025 - 09:55
AzMİU kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb18.12.2025 - 09:40
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik yubileyi qeyd olunub18.12.2025 - 09:30
Dərsdə diqqət dağınıqlığı hansı psixoloji səbəblərlə bağlı ola bilər?18.12.2025 - 09:15
Uşaqların nitq inkişafında loqopedlərin rolu: Sevinc Hüseynova ilə reportaj18.12.2025 - 08:59