Təhsil 365 - Logo Mobile

AzMİU-nun 50 illik yubileyi qeyd olunub

10318.12.2025 - 09:55
AzMİU-nun 50 illik yubileyi qeyd olunub

Dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Bu əlamətdar tarixin qeyd olunması təkcə bir ali təhsil müəssisəsinin yarım əsrlik fəaliyyət yoluna nəzər salmaq deyil, eyni zamanda, Azərbaycanda memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin inkişafı və dövlətçilik ənənələrinin təhsildə təcəssümünün rəmzidir.

“Tehsil365” xəbər verir ki, yubiley tədbirindən öncə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun AzMİU-nun yaradılmasındakı müstəsna xidmətlərini, ali təhsil və milli kadr hazırlığı prosesinə böyük qayğısını dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Universitet kollektivi daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canını fəda edən Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub.

Rəsmi tədbirdən öncə “Gülüstan” sarayında təşkil olunan “Təhsil və irs” sərgisinə baxış keçirilib. Sərgidə universitetin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi-pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olunub.

Yubiley yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə dövlət və hökumət rəsmiləri, deputatlar, Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.

Tədbirdə çıxış edən rektor memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir. Rektor qeyd edib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizin hərtərəfli inkişaf dinamikasının daha da sürətləndiyini vurğulayan rektor, son illərdə təhsil sahəsində həyata keçirilən islahatlara diqqət çəkib. Təhsilin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal və hibrid tədris modellərinin tətbiqi, eləcə də insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətin AzMİU-nun inkişafına təsirindən danışıb.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri, şəhərsalmanın vüsət alması, “ağıllı şəhər”, yaşıl memarlıq, enerji effektli tikinti kimi çağdaş yanaşmalar memarlıq və inşaat təhsilinə yeni tələblər formalaşdırır. AzMİU bu çağırışlara cavab vermək üçün yenilənmiş təhsil proqramları, mütəxəssis hazırlığının yeni strukturu, gücləndirilmiş elmi baza, beynəlmiləlləşmə və rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır”, - deyə professor Gülçöhrə Məmmədova əlavə edib.

Rektor çıxışında yubiley ərəfəsində AzMİU-nun seçdiyi devizə də diqqət çəkib: “Əsrə bərabər 50 il” devizini seçməyimiz təsadüfi deyil. Bu yarım əsr təkcə universitetin yaşı deyil – Azərbaycanın sürətli inkişaf yoluna verilmiş töhfələrin, minlərlə memar və mühəndisin yetişdirilməsi ilə formalaşan intellektual gücün, ölkənin quruculuq və bərpa işlərində ön sıralarda dayanmağının ifadəsidir. Eyni zamanda, bu, 1920-ci ildə yaradılmış İnşaat fakültəsindən başlayaraq toplanmış bütün təhsil təcrübəsinin və nailiyyətlərin universitetin bünövrəsini təşkil etməsinin göstəricisidir”.

Professor Gülçöhrə Məmmədova, 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisi məzun olduğunu deyib: “Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bizim məzunlardır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir”.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndislik və memarlıq potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri kimi mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib.

Bildirilib ki, AzMİU-da həyata keçirilən təhsil islahatları, beynəlxalq akkreditasiyalar və xarici ali məktəblərlə qurulan əməkdaşlıqlar universitetin qlobal ali təhsil məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edir. Nazir beynəlxalq reytinqlərdə əldə olunan nəticələrin məqsədyönlü fəaliyyətin göstəricisi olduğunu, bu nailiyyətlərin həm akademik keyfiyyətin yüksəldilməsi, həm də elmi tədqiqatların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Emin Əmrullayev AzMİU-da rəqəmsal transformasiya sahəsində görülən işləri yüksək qiymətləndirib, tədris prosesində müasir rəqəmsal platformaların tətbiqi, elektron resursların genişləndirilməsi və idarəetmədə innovativ həllərin universitetin dayanıqlı inkişafına mühüm töhfə verdiyini bildirib. Vurğulayıb ki, bu istiqamətdə atılan addımlar tələbələrin bilik və bacarıqlarının artırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Nazir sonda AzMİU kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb, universitetin ölkənin sosial-iqtisadi inkişafına, mühəndis və memarlıq sahələrində peşəkar kadr potensialının gücləndirilməsinə bundan sonra da əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən təqdimat filmi nümayiş etdirilib.

Rəsmi hissənin davamında yubiley münasibətilə universiteti təbrik edən qonaqlar çıxış edib, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ötən illər ərzində qazandığı zəngin təcrübə və formalaşdırdığı güclü elmi-tədris mühiti barədə ətraflı söz açıblar. Qonaqlar universitetin milli ali təhsil sistemində tutduğu mövqeyi yüksək qiymətləndiriblər.

AzMİU-nun 50 illik yubileyinin qeyd edilməsi universitetin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın mühəndislik, memarlıq və dizayn təhsilinin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Bu yubiley ölkənin insan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinə verilən töhfənin və AzMİU-nun milli intellekt mərkəzi kimi rolunun bir daha təsdiqidir.


Nərgiz Süleymanova

Xəbər Lenti

Təhsil eksperti Məzahir Məmmədli:"Bizim sistemin özündə müəyyən dəyişikliklər olunmalıdır"18.12.2025 - 20:13
Tarixdə ilk dəfə qızılın unsiyası 4 400 dolları keçib18.12.2025 - 19:39
Bakıda “Birlikdə 5 il” Könüllülər Festivalı keçirilib18.12.2025 - 19:23
Qarabağ müharibəsi iştirakçısı olmuş həkim vəfat etdi18.12.2025 - 19:11
Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb18.12.2025 - 18:57
Qurban Qurbanov: Son həftələr çox güc sərf edilib18.12.2025 - 18:40
“Sabah”ın baş məşqçisi: Futbolçularım “Qarabağ”a qarşı əla oynadılar18.12.2025 - 18:24
AKTİ sədri: "Könüllülük Həftəsi"nə ümumilikdə 17 min könüllü cəlb olunub18.12.2025 - 17:51
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib18.12.2025 - 17:39
Misli Premyer Liqası: “Qarabağ” təxirə salınmış oyunda “Sabah”a uduzub18.12.2025 - 17:20
Naxçıvanda kolleclərdə təhsil alan tələbələrin sayı açıqlanıb 18.12.2025 - 17:01
Azərbaycan Universiteti ilə ADNSU arasında anlaşma memorandumu imzalanıb18.12.2025 - 16:46
Ulu Öndərin strateji iradəsi milli mühəndislik məktəbini formalaşdırdı18.12.2025 - 16:30
"Global Media Group"un 55 əməkdaşı "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif olunub18.12.2025 - 16:16
Faydası qabığındadır18.12.2025 - 16:07
Güclü yağışdan sonra dəniz qırmızıya boyandı18.12.2025 - 15:56
Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb18.12.2025 - 15:40
Sabah 10 dərəcə isti olacaq - 19.12.202518.12.2025 - 15:29
Dəhşətli cinayət törədən gənc barədə hökm açıqlandı18.12.2025 - 15:17
Peşə Mərkəzinin tələbələri kulinariya yarışında birincilik qazanıblar18.12.2025 - 15:00
Təcrübəli müəllimlər də könüllülük fəaliyyətinə cəlb oluna bilər - Millət vəkili18.12.2025 - 14:49
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dörd milyon manatlıq İT avadanlıqlar alacaq18.12.2025 - 14:39
Coğrafiya təhsil üçün bəhanə olmamalıdır18.12.2025 - 14:28
Yaradıcı müəllim müsabiqəsinin qalibləri bəlli olub18.12.2025 - 14:19
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib18.12.2025 - 14:01
Azyaşlılar üçün ingilis dilindən kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir18.12.2025 - 13:43
Bu kollecin imtahanlarında fənlərin sayı azaldıldı18.12.2025 - 13:30
Qarabağ Universitetinə 1200-1500 tələbə qəbulu aparılacaq18.12.2025 - 13:16
"ChatGPT”də fotolarla bağlı mühüm - Yenilik18.12.2025 - 13:00
Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib18.12.2025 - 12:45
Sentyabrdan yeni nəsil doktorantura proqramlarına başlanılacaq18.12.2025 - 12:30
Uşaqlıqda gördüyü problemə tələbəliyində çarə tapdı – AzMİU tələbəsinin uğur hekayəsi18.12.2025 - 12:16
İkili diplom proqramlarının maliyyələşdirilməsi qaydası müəyyənləşib18.12.2025 - 12:00
İkili diplom proqramları üzrə xarici ali məktəblərin seçimi təsdiqlənib18.12.2025 - 11:50
Müdir vəzifədən azad edilib18.12.2025 - 11:40
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olunub18.12.2025 - 11:25
Prezident AzMİU-nun rektoru və əməkdaşlarını təltif etdi 18.12.2025 - 11:15
"Fundamental tədqiqatlar olmadan uğur əldə etmək çətindir"18.12.2025 - 11:05
MDU və ADNSU əməkdaşlıq edəcək18.12.2025 - 10:55
"Aparılan quruculuq işlərinin əsas icraçıları bizim məzunlardır"18.12.2025 - 10:45
"Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar"18.12.2025 - 10:30
Polis Akademiyasına kursant qəbulu başlayıb18.12.2025 - 10:20
Yaradıcı müəllim müsabiqəsinin qalibləri müəyyənləşib18.12.2025 - 10:05
AzMİU kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb18.12.2025 - 09:40
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik yubileyi qeyd olunub18.12.2025 - 09:30
Dərsdə diqqət dağınıqlığı hansı psixoloji səbəblərlə bağlı ola bilər?18.12.2025 - 09:15
Uşaqların nitq inkişafında loqopedlərin rolu: Sevinc Hüseynova ilə reportaj18.12.2025 - 08:59