Ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq mühüm məsələdir. Reytinqlərə baxanda deyə bilərik ki, elmi-tədqiqat sahəsində gedəcəyimiz yol qarşıdadır. Fundamental tədqiqatlar olmadan uğur əldə etmək çətindir. Əvvəlki illərlə müqayisədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin alimlərinin fəaliyyətində böyük irəliləyiş olduğunu görürük.
“Tehsil365” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbirində söyləyib. Nazir, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti işlərində AzMİU məzunlarının rolunu vurğulayıb.

