Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna sədr təyin olundu.
“Tehsil365” xəbər verir ki, Nicat Məmmədli 2018-ci ildən etibarən Elm və Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə — Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, nazirin müşaviri kimi fəaliyyət göstərib.
O, iki monoqrafiya və 50-dən çox elmi məqalənin müəllifidir.

