Təhsil 365 - Logo Mobile

Coğrafiya təhsil üçün bəhanə olmamalıdır

7918.12.2025 - 14:28
Coğrafiya təhsil üçün bəhanə olmamalıdır

“Gələn il bəzi məktəblər distant təhsilə keçə bilər.”

Elm və Təhsil Naziri Emin Əmirullayevin səsləndirdiyi bu fikir cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Təəssüf ki, müzakirələrin əhəmiyyətli hissəsi yenə də sosial şəbəkə statusları səviyyəsində, emosional və peşəkar təhlildən uzaq şəkildə aparılır. Halbuki söhbət artıq verilmiş qərardan yox, ictimai müzakirəyə çıxarılmış ideyadan gedir və bu mərhələdə təhsil adamlarının, valideynlərin, mütəxəssislərin mövqeyi nazirlik üçün önəmli olmalıdır.

Gəlin məsələyə emosiyalarla yox, bir qədər geniş və araşdırma prizmasından baxaq.

Biz, adətən, məktəbi, təhsili dörd divar, zəng səsi və sinif otağı ilə eyniləşdiririk. Sözsüz ki, bu bizə illərin vərdişindən qalır. Halbuki dünyanın bir çox ölkəsində coğrafiya bu təsəvvürü çoxdan dəyişib. Dağ başında, səhranın ortasında, tundranın kənarında yaşayan uşaqlar var və onların günahı deyil ki, yollar yoxdur, məsafələr böyükdür, iqlim sərtdir. Belə şəraitdə məsələ “məktəb olsunmu?” yox, təhsil necə davam etsin? sualına cavab tapmaqdır.

Məhz bu nöqtədə distant təhsil “yenilik” yox, dövlətin vətəndaşına verdiyi təminat kimi ortaya çıxır: harada yaşamağından asılı olmayaraq, səni təhsildən kənarda qoymayacağam. Üstəlik, Azərbaycan qanunvericiliyinə görə orta təhsil məcburidir və dövlət bu məsuliyyəti daşıyır. Bunun üçün isə təbii ki, mövcud Təhsil Qanununda dəyişikliklərə ehtiyac olacaq, çünki hazırda distant təhsil rəsmi forma kimi tanınmır.

Bir müəllim kimi açıq deməliyəm: bir-iki şagirdlə fəaliyyət göstərən sinifdə nə canlı pedaqoji mühit formalaşır, nə də keyfiyyətli təlim mümkündür. Digər tərəfdən, 10–15 evlik kəndlərdə yerləşən, maddi-texniki bazası zəif olan məktəblərin, eləcə də həmin məktəblərdə çalışan müəllimlərin pedaqoji səviyyəsi çox zaman arzuolunan olmur. Peşəkar müəllimlərin şəhərlərə və rayon mərkəzlərinə can atması isə təbiidir. Bu reallıq fonunda ucqar kənd uşaqlarının keyfiyyətli təhsilə çıxışını təmin etmək dövlət üçün əsas məsələdir.

Bu baxımdan nazirin səsləndirdiyi ideyanı prinsip etibarilə dəstəkləmək olar. Əgər distant və ya hibrit model həmin uşaqlara daha güclü müəllimə, daha keyfiyyətli tədrisə çıxış verəcəksə, bu artıq ciddi üstünlükdür. Amma bir şərtlə: proses yalnız virtual mühitlə məhdudlaşmamalıdır. Tam distant model uşaqlar üçün yorucu ola bilər. Daha məqsədəuyğun yol hibrit təhsil modelidir. Məsələn, idman, texnologiya, əmək, praktiki bacarıq tələb edən fənlərin məktəbdə təşkili, nəzəri dərslərin isə distant formada keçirilməsi daha balanslı nəticə verə bilər.

Bu kontekstdə Atatürkün bir dövr tətbiq etdiyi “Köy İnstitutları” modeli də xatırlanmalıdır. Kəndin təbii mühiti – kənd təsərrüfatı, maldarlıq, əkinçilik – təhsilə inteqrasiya olunurdu. Bu gün də nəzəri bilikləri distant təhsillə verib, praktiki bacarıqları yerində formalaşdırmaq mümkün və məntiqli görünür.

Distant təhsilin daha bir mühüm üstünlüyü isə sosial və demoqrafik xarakter daşıyır. Uşaq ailəsindən qopmur, yaşayış məntəqəsi boşalmır, təhsil mərkəzə köçün əsas səbəbinə çevrilmir. Bu isə artıq təkcə təhsil məsələsi deyil, ərazi və təhlükəsizlik siyasətidir. Ucqar və sərhəd kəndlərini qorumağın ən ağıllı yolu təhsili həmin ərazilərdə saxlamaqdır.

İqtisadi tərəf də az əhəmiyyətli deyil. Dövlət eyni müəllimi eyni vaxtda bir neçə bölgəyə “göndərə”, eyni dərsi yüzlərlə kilometr uzağa çatdıra bilir. Məktəb binası, yataqxana, nəqliyyat, istilik və kadr yerləşdirmə xərcləri azalır. Büdcə yüngülləşir, əhatə dairəsi genişlənir.

Ümumilikdə distant təhsilin bu modeldə dövlətə verdiyi qazanc təkcə iqtisadi deyil, strateji və sosialdır:

- infrastruktur xərclərinin optimallaşdırılması,

- ərazi boşalmasının qarşısının alınması,

- müəllim resurslarından səmərəli istifadə,

- rəqəmsal dövlət strategiyasının gücləndirilməsi. Amma bir həqiqəti də açıq deməliyik: distant təhsil məqsəd deyil, vasitədir. Keyfiyyətsiz kontent, təsadüfi müəllim, nəzarətsiz platforma bu modeli uğursuzluğa aparar. Uğur yalnız planlı, ölçülən, dövlət nəzarətində qurulan distant təhsillə mümkündür.

Dünyanın bir çox ölkəsində – Kanadanın şimalında, Avstraliyanın səhralıqlarında, Monqolustanın köçəri obalarında – məktəb tikmək fiziki baxımdan mümkün deyil. Amma təhsil dayanmır. Bir növ dövlət: bölgəyə məktəb gələ bilmirsə, müəllim evinizə gəlsin” deyir. Bu, “uşağı ekrana saldıq, oldu-bitdi” yanaşması deyil, sistemli dövlət qərar olmalıdır.

Əlçatmaz ərazilərdə distant təhsil təhsilin zəifləməsi yox, dövlət ağlının güclənməsidir.

Müasir dövlətdə məsafə, uyğunsuz şərait təhsilə bəhanə ola bilməz və olmamalıdır.

Təhsil texnoloqu, dosent Şəmil Sadiq

Rəşanə İsamqızı

Xəbər Lenti

Şuşada bayram yarmarkası keçirilir22.12.2025 - 19:54
“BeKind” cəmiyyətinin təsisçisi: Hər bir uşaq üçün öz sehrbazı tapılıb22.12.2025 - 19:48
“İmtahan çətin deyil, reallıq çətindir” — Məleykə Abbaszadə22.12.2025 - 19:34
Afrika Millətlər Kubokunda daha iki oyun keçirilib22.12.2025 - 19:29
Almaniyaya 141 nəfər Əfqanıstan vətəndaşı gətirilib22.12.2025 - 19:12
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildi22.12.2025 - 19:08
Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub22.12.2025 - 19:00
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi ilə görüşüb22.12.2025 - 18:49
Misli Premyer Liqasında ilin son oyunu Sumqayıtda keçirilib22.12.2025 - 18:38
Padel üzrə ilk Azərbaycan çempionatına start verilib22.12.2025 - 18:27
Bakıda bacı və qardaş faciəli şəkildə öldülər22.12.2025 - 18:14
Sabahın hava proqnozu - 23.12.202522.12.2025 - 17:58
"Meydan TV işi" üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan olunub22.12.2025 - 17:40
Ölkəyə qanunsuz gətirilən tibbi vasitələr aşkarlandı22.12.2025 - 17:29
İran kosmik fəzaya üç peyk buraxacaq22.12.2025 - 17:14
ADU ilə Qazaxıstanın Milli Avrasiya Universiteti arasında akademik əməkdaşlıq genişlənir22.12.2025 - 17:00
“K.Abdulla yaradıcılığında “Dədə Qorqud” mövzusu”nda dəyirmi masa keçirilib22.12.2025 - 16:42
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı dəyirmi masa keçirilib22.12.2025 - 16:25
“5–30 İntellektual Festival” layihəsinin açılış mərasimi keçirilib22.12.2025 - 16:20
“Mədəni-tarixi metod” mövzusunda elmi seminar keçirilib22.12.2025 - 16:10
“Hüquq və dillərin vəhdəti” mövzusunda tədbir keçirilib22.12.2025 - 15:55
ADU-da “Süni İntellekt və Xarici Dillər” mövzusunda maarifləndirici tədbir keçirilib22.12.2025 - 15:40
ADU-da TKT – Teaching Knowledge Test Module 3 üzrə təlim keçirilib22.12.2025 - 15:25
ADU-da Yaponşünaslıq üzrə innovativ tədris layihəsinin təqdimatı keçirilib22.12.2025 - 15:10
BDU Sloveniya Respublikasının Nova Gorica Universiteti ilə əməkdaşlığa başlayır22.12.2025 - 14:53
Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 114-cü ildönümüdür22.12.2025 - 14:48
ADU-da IV kurs tələbələri üçün TKT Module 3 üzrə təlim keçirilib - FOTO22.12.2025 - 14:40
ADU-da “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 14:35
İlham Əliyev sərəncam imzaladı - FOTO22.12.2025 - 14:29
Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib22.12.2025 - 14:23
Məktəblilər arasında respublika çempionatı yekunlaşıb22.12.2025 - 14:18
LDU daha bir nüfuzlu beynəlxalq reytinqdə yer alıb22.12.2025 - 14:07
Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikəcək22.12.2025 - 14:00
26 min manat mənimsəyən məktəb direktoru cəzalandırıldı22.12.2025 - 13:56
Bu imtahanın nəticəsi elan edilib22.12.2025 - 13:52
Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 13:48
BMU Çinin Fudan Universiteti ilə əməkdaşlığa başlayır - FOTOLAR22.12.2025 - 13:43
Şərqşünas alim Duysburqda türkəsilli ədiblərlə görüşüb - FOTO22.12.2025 - 13:41
DİM bu şəxslər üçün imtahan keçirəcək22.12.2025 - 13:39
Milli Süni İntellekt Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında təhsil və innovasiya sahələrində əməkdaşlığa start verilib22.12.2025 - 13:34
Humboldt mükafatı laureatı professor Məsud Əfəndiyev AzMİU-nun gənc alimləri ilə görüşüb - FOTO22.12.2025 - 13:30
Türkiyənin Qars Qafqaz Universitetinin professoru BDU-da ustad dərsi keçib - FOTO22.12.2025 - 13:25
Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir22.12.2025 - 13:20
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə 17 layihə və müsabiqə həyata keçirib - FOTO22.12.2025 - 13:10
Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu keçirilib - FOTOLAR22.12.2025 - 12:56
Təhsil Agentliyi "Cambridge University Press & Assessment"lə müqavilə bağlayıb22.12.2025 - 12:48
13 yaşlı qız evli qohumundan hamilə qaldı 22.12.2025 - 12:39
Media savadlılığı məktəbdən başlayır22.12.2025 - 12:28