“Könüllülük Həftəsi” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”, ICESCO və “Coca-Cola Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə keçirilir.
“Tehsil365“ “AZƏRTAC”a istinadla bildirib:
Dekabrın 4-18-ni əhatə edən "Könüllülük Həftəsi" ərzində düşərgə, forum və müxtəlif aksiyalar həyata keçirilib.
"Qeyd edim ki, "Könüllülük Həftəsi" çərçivəsində həyata keçirilən 11 layihə ölkənin 15 regionunu əhatə edib və ümumilikdə 17 min könüllü bu proseslərə cəlb olunub", - deyə V.Əliyev vurğulayıb.

