Bu gün Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, bəstəkar Fərəc Qarayevin anadan olmasının 82 ili tamam olur.
"Tehsil365" xəbər verir ki, 1943-cü ilin 19 dekabrında Bakıda dünyaya gələn Fərəc Qarayev zəngin yaradıcılığı, müasir musiqiyə gətirdiyi yeniliklər və pedaqoji fəaliyyəti ilə seçilir. O, 1982-ci ildən dosent, 1998-ci ildən isə professor elmi adlarını alıb.
Fərəc Qarayev 2018-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adına, 2022-ci ildən isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
O, həm Azərbaycanda, həm də beynəlxalq musiqi arenasında böyük nüfuza malikdir, bir çox əsərləri müxtəlif ölkələrdə ifa olunub. Müasir musiqi dilinə gətirdiyi yeniliklər və özünəməxsus üslubu ilə o, bu gün də musiqisevərlərin diqqətindədir.
Fərəc Qarayevin doğum günü münasibətilə sənətkara uzun ömür, möhkəm sağlamlıq və yeni yaradıcılıq uğurları arzu edirik.

