Bu gün Azərbaycanın sevilən aktrisası, Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanovanın anadan olmasının 75 ili tamam olur.
"Tehsil365" xəbər verir ki, 1950-ci il dekabrın 19-da Bakıda dünyaya gələn Gülşən Qurbanova peşəkar sənət yolu ilə Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub. O, səhnədə yaratdığı yaddaqalan obrazlarla, kino ekranında isə duyğusal və təbii ifası ilə tamaşaçıların rəğbətini qazanıb.
1998-ci ildə ona “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib.
Aktrisa 2006-cı il noyabrın 17-də vəfat edib və doğma Bakıda dəfn olunub.
Gülşən Qurbanova bu gün də sənəti və obrazları ilə xatırlanır, sevgi və ehtiramla anılır.

