19 dekabr 1969-cu ildə Azərbaycanın məşhur müğənnisi və bəstəkarı Əzizə Mustafazadə anadan olub.
"Tehsil365" xəbər verir ki, O, Azərbaycan caz musiqisinin görkəmli simalarından olan Vaqif Mustafazadənin qızıdır.
Əzizə Mustafazadə atasının musiqi ənənələrini uğurla davam etdirərək, həm Azərbaycanda, həm də beynəlxalq arenada özünəməxsus ifa tərzi ilə tanınıb. O, caz musiqisini milli musiqi motivləri ilə birləşdirərək dinləyicilər arasında böyük şöhrət qazanıb.

