1993-cü ilin bu günündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransaya rəsmi səfər edib.
"Tehsil365" xəbər verir ki, Səfər Fransanın o dövrkü prezidenti Fransua Mitteranın dəvəti ilə baş tutub.
Bu səfər müstəqil Azərbaycanın dövlət başçısı səviyyəsində Fransaya ilk rəsmi səfəri kimi tarixə düşüb. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı mühüm müzakirələr aparılıb.
Heydər Əliyevin bu səfəri Azərbaycan-Fransa münasibətlərinin əsasını qoyan əlamətdar hadisələrdən biri kimi qiymətləndirilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq arenada tanınması və Avropa dövlətləri ilə sıx əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

