2007-ci il dekabrın 19-da Azərbaycan Respublikası ilə Monako Knyazlığı arasında diplomatik münasibətlər qurulub.
"Tehsil365" xəbər verir ki, Bu tarixi addım iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafı üçün hüquqi baza yaradıb. Diplomatik əlaqələrin qurulması həm də Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə və dünya ölkələri ilə əlaqələrinin genişlənməsinə xidmət edən önəmli mərhələlərdən biri olub.
Hazırda Azərbaycan və Monako müxtəlif beynəlxalq platformalarda qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq aparırlar.

