2007-ci il dekabrın 19-da “Baku” jurnalının ilk nömrəsi işıq üzü görüb.
"Tehsil365" xəbər verir ki, Azərbaycanın zəngin mədəni irsini, incəsənətini və müasir simasını dünyaya tanıtmaq məqsədi daşıyan jurnal Mehriban Əliyevanın təşəbbüsü ilə təsis olunub.
“Baku” jurnalı London, Paris, Nyu-York kimi dünya paytaxtlarında yayımlanaraq Azərbaycanın müasir inkişafı, mədəni dəyərləri və yaradıcı potensialı barədə beynəlxalq oxucuya dəyərli məlumatlar təqdim edir. Jurnal dəb, memarlıq, ədəbiyyat, dizayn və ictimai həyatla bağlı mövzuları əhatə etməklə qlobal səviyyədə tanınan mədəni platformaya çevrilib.

