Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş yekun tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Əsmər Əliyeva olub.
Tədbir zamanı şagirdlər tərəfindən mövzuya uyğun təqdimatlar, vətənpərvərlik ruhunda şeirlər, bədii kompozisiyalar və məzmunlu çıxışlar nümayiş etdirilib. Çıxışlarda Konstitusiyanın rolu, dövlətin suverenliyi və milli dəyərlərin qorunması vurğulanıb.
Tədbirdə Astara Rayon Təhsil Sektorunun müdiri Xədicə Əliyeva da iştirak edib. O, çıxışında tədbirin əhəmiyyətini qeyd edərək, şagirdlərin hazırlığını yüksək qiymətləndirib və bu kimi tədbirlərin gənc nəslin vətəndaşlıq tərbiyəsində mühüm rol oynadığını bildirib.

