Futbolçularım əla oynadılar.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas evdə “Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının I turundan təxirə salınmış oyun barədə danışarkən deyib.
O, Avropada səs salmış komandaya qarşı oynadıqlarını bildirib: “Hələ heç nə bitməyib. Rəqiblərimiz bizə qarşı fərqli hazırlaşacaqlar. Hazırkı heyətdən razıyam. Cesse Sekidikanın formaya düşməsini gözləyirik”.

