18 dekabr 2025-ci il tarixində Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində kitabxana xətti ilə görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Vətən, dil və vicdan şairi Bəxtiyar Vahabzadə” adlı tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirdə şairin həyat və yaradıcılığına dair məlumatlar təqdim edilib, onun vətənpərvərlik mövzusunda yazdığı şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Şagirdlərin çıxışları tədbirə xüsusi rəng qatıb, iştirakçılar Bəxtiyar Vahabzadənin milli düşüncəyə və dəyərlərə verdiyi töhfələri bir daha xatırlayıblar.
Tədbirin keçirilməsində məqsəd şairin zəngin irsinin məktəblilər arasında təbliği və milli kimlik duyğularının gücləndirilməsidir.

