15-19 dekabr tarixlərində keçirilən Təbiət fənn həftəliyi çərçivəsində texnologiya müəllimi Aysun Dideyevanın rəhbərliyi ilə məktəbdə rəngarəng sərgi stendi təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Sərgidə şagirdlərin hazırladığı əl işləri, rəsm əsərləri və müxtəlif meyvələr nümayiş etdirilib.
Bununla yanaşı, şagirdlər meyvələrin insan sağlamlığı üçün faydalarına dair kiçik səhnəcik hazırlayaraq təqdim ediblər. Tədbir şagirdlərin yaradıcılığını, əyani təqdimetmə bacarığını və təbiətə olan marağını artırmaq baxımından xüsusi əhəmiyyət daşıyıb.

