18 dekabr 2025-ci il tarixdə Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində "Tarix fənn həftəliyi" çərçivəsində şagirdlər arasında bilik yarışı təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Məqsəd şagirdlərin tarix fənninə marağını artırmaq, onların bilik və bacarıqlarını üzə çıxarmaq, həmçinin komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub. Yarış zamanı iştirakçılar müxtəlif tarixi mövzularda sualları cavablandırıb, maraqlı faktlar və hadisələr barədə biliklərini bölüşüblər.
Tədbir şagirdlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb.

