18 dekabr 2025-ci il tarixində məktəbimizdə Təbiət fənn həftəliyi çərçivəsində 5, 6, 7, 8 və 9-cu sinif şagirdləri arasında bilik yarışması təşkil olundu.
"Tehsil365" xəbər verir ki, Yarışmanın əsas məqsədi şagirdlərin təbiət fənlərinə marağını artırmaq, onların bilik və bacarıqlarını nümayiş etdirmək, eləcə də sağlam rəqabət mühitində öyrənməyə təşviq etmək idi.
Şagirdlər fənn üzrə müxtəlif sualları cavablandıraraq həm biliklərini nümayiş etdirdilər, həm də komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirdilər. Qalib komandalar məktəb rəhbərliyi tərəfindən təqdir olundu. Tədbir şagirdlər üçün həm əyləncəli, həm də maarifləndirici oldu.

