Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq çərçivəsində “Maqsud Şeyxzadə” bədii filminin birgə istehsalı üzrə memorandum imzalanıb.
"Tehsil365" xəbər verir ki, Sənədi Özbəkistan tərəfdən Kino Agentliyinin direktoru Şöhrat Rizayev, Azərbaycan tərəfdən isə "Nova Gorica" kino mərkəzinin direktoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Tahir Tahiroviç imzalayıb.
Filmin çəkilişi iki qardaş xalq arasında tarixi-mədəni bağları gücləndirməklə yanaşı, böyük ədib və ziyalı Maqsud Şeyxzadənin irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək. Layihə həmçinin kino sahəsində beynəlxalq əməkdaşlığın mühüm nümunəsi kimi dəyərləndirilir.

