İngiltərədə məktəblərdə qadın nifrətinə qarşı mübarizə məqsədilə yeni maarifləndirmə tədbirləri həyata keçiriləcək.
"Tehsil365" xəbər verir ki,Layihə çərçivəsində oğlan şagirdlərə pornoqrafiya ilə real münasibətlər arasındakı fərqlər öyrədiləcək.
Bu təşəbbüsə əsas səbəb olaraq cəmiyyətdə artan qadın nifrəti hallarının qarşısının erkən yaşda alınmasının vacibliyi göstərilir. Leyborist Partiyasının lideri Keir Starmer bildirib ki, “zəhərli ideyalar erkən mərhələdə qəbul edilir və etiraz olunmadığı üçün yayılır”.
Təhsil sistemində bu problemin qarşısını almaq üçün müəllimlərə də əlavə təlimlər veriləcək. Təlimlər zamanı müəllimlər şagirdlərlə həssas mövzular barədə necə açıq və düzgün danışmağın yollarını öyrənəcəklər.
Yeni tədbirlər qadınlara qarşı zorakılığın və ayrı-seçkiliyin kök səbəblərini aradan qaldırmaq məqsədi daşıyır və uzunmüddətli sosial dəyişikliklərin əsasını qoymağı hədəfləyir.

