İngiltərədə Tədris Tənzimləmə Agentliyinin paneli müəllim Patrik Louleri peşə davranış qaydalarını pozduğuna görə günahkar hesab edib.
"Tehsil365" xəbər verir ki, Panelin qərarına əsasən, o, müəllimlik peşəsinin nüfuzuna ciddi zərbə vurub.
Patrik Louler şagirdlərə dərs zamanı İslamı "şeytan" adlandırıb və kokainin "keçmişdə daha təmiz olduğunu" deyərək mübahisəli fikirlər səsləndirib. O, həmçinin daha əvvəl Uelsin apardığı gizli araşdırmada ifrat sağçı baxışlara malik şəxslərin yer aldığı qrupun üzvü kimi təqdim olunmuş və irqi müharibənin “qaçılmaz” olduğunu demişdi.
Cənab Lawler mövzu ilə bağlı şərh istəyinə cavab versə də, dinləmədə qaldırılan məsələlərə münasibət bildirməyib. Əvəzində, tənqidi fikirlər səsləndirib.
Hazırda onun müəllimlik lisenziyasına dair yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.

