Bildiyimiz kimi, imtahanların sayı getdikcə artır. İmtahan verənlərin bəziləri düşünür ki, bu imtahan sistemi yaradıcılığı azaldır və həmin şəxsləri məhz oxu və yazıya fokuslayaraq bir növ məhkum edir. Bəs ekspertlər bunun haqqında nə düşünür? Bunun üçün ekspert Məzahir Məmmədliyə müraciət etdik:
Təhsil eksperti Məzahir Məmmədli “Tehsil365“ə verdiyi açıqlamasında bildirib ki:
“Elə təhsil sistemi yoxdur ki, orada imtahan olmasın. Belə deyə bilərik ki, bizdə ibtidai sinifdən,buraxılış imtahanlarına qədər, KSQ, BSQ, ara qiymətləndirmələri və s. şagirdə çox yüklənir.
Bu Beynəlxalq təcrübədə belə deyil. Buna görə də, belə deyə bilərik ki, bizim sistemin özündə müəyyən dəyişikliklər olunmalıdır. Əslində, kurikulum sisteminə keçid etmişik, lakin nə orta təhsil müəssisələri, nə də ali təhsil müəssisələri buna tam qaydada əməl etmir. Hələ də köhnə qaydalar qalmaqda davam edir Köhnə ilə yeni hibrid formada tədris olunur Ona görə də mən düşünürəm ki bu bir qədər azaldılmalıdır Ancaq yenə də düşünürəm ki imtahanlar fəaliyyəti tam məhdudlaşdırmır.“-deyə ,o, qeyd edib.

