19 dekabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun əməkdaşı Sevinc Məmmədova tərəfindən Azərbaycan Respublikası Audiovizual Şuranın əməkdaşları üçün “Təşkilat daxilində innovasiya və çeviklik mədəniyyətinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, təlim zamanı iştirakçılar təşkilat daxilində innovasiya və çeviklik mədəniyyətinin əsas komponentləri, təkmilləşdirmə və dəyəryaratma, təkmilləşdirmənin dövlət sektorunda rolu, dövlət sektorunda innovasiyanın 3 əsas istiqaməti ilə tanış olublar. Sessiya çərçivəsində mövcud iş proseslərinin təhlili, dəyişikliklərə psixoloji hazırlıq, əməkdaşların təşəbbüskarlığının artırılması və daxili kommunikasiyanın rolu müzakirə edilib.
Təlimdə həmçinin qərarvermə proseslərində çevik yanaşmalar, məsuliyyət bölgüsü, risklərin rasional idarə olunması və davamlı inkişafı dəstəkləyən davranış modelləri üzrə praktiki nümunələr nəzərdən keçirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

