Təhsil 365 - Logo Mobile

Məktəblilər Hüseyn Cavidin “Ana” pyesini səhnələşdirdilər

10219.12.2025 - 10:15
Məktəblilər Hüseyn Cavidin “Ana” pyesini səhnələşdirdilər

Hüseyn Cavidin Ev Muzeyində “Cavid yaradıcılığının tədrisi məsələləri” mövzusunda keçirilən elmi seminar çərçivəsində Cəlilabad rayon Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X və XI sinif şagirdlərinin iştirakı ilə ədəbi-maarifləndirici tədbir təşkil olunub.

“Tehsil365” xəbər verir ki, muzeyin direktor vəzifəsini müvəqqəti icra edən, filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova açaraq Hüseyn Cavid irsinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb, bu cür görüşlərin məktəb-muzey əməkdaşlığının inkişafında mühüm rol oynadığını bildirib.

Daha sonra muzeyin əməkdaşı Nuranə Nərimanova çıxış edərək muzeylərin təhsildə rolu, klassik ədəbiyyatın tədrisində canlı təmasın əhəmiyyəti barədə ətraflı məlumat verib. O, Hüseyn Cavid yaradıcılığının gənclərin dünyagörüşünün formalaşmasında xüsusi yer tutduğunu və bu istiqamətdə keçirilən tədbirlərin şagirdlərin estetik və mənəvi inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Tədbirin əsas hissəsində Göytəpə şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən Hüseyn Cavidin “Ana” pyesi səhnələşdirilib. Şagirdlərin yüksək səhnə mədəniyyəti, obrazları dərindən mənimsəməsi və emosional ifa tərzi tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Səhnə nümunəsi şagirdlərin klassik ədəbiyyata yaradıcı yanaşmasını və bədii düşüncə bacarıqlarını nümayiş etdirib.

Tədbirin sonunda muzeyin əməkdaşı Cəmilə Rzayeva çıxış edərək şagirdlərin fəallığını və məsuliyyətini yüksək qiymətləndirib, onlara gələcək təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Şagirdlər “Təşəkkürnamə” ilə təltif olunub, həmçinin Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiya zalları ilə yaxından tanış olublar.

Qeyd edək ki, bu cür tədbirlər şagirdlərin milli-mənəvi dəyərlərə bağlı, klassik irsimizi dərk edən və yaradıcı düşüncəyə malik şəxsiyyətlər kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır.


Nərgiz Süleymanova

Xəbər Lenti

“Əbdürrauf Fitrət və özbək cədidçiliyi” monoqrafiyası işıq üzü görüb19.12.2025 - 14:20
LDU-da iqtisadi mövzuda respublika elmi-praktiki konfrans keçirilib19.12.2025 - 14:00
Valideynlərlə təhsil müzakirələri davam edir19.12.2025 - 13:40
BMU kampusunda velosiped infrastrukturu istifadəyə verildi19.12.2025 - 13:20
Hindistanda süni intellekt təhsilin mərkəzinə çevrilir19.12.2025 - 13:05
Azərbaycan-Türkiyə təhsil əməkdaşlığı müzakirə olunacaq19.12.2025 - 12:50
Dekabrın 21-də mühasib imtahanının II mərhələsi keçiriləcək19.12.2025 - 12:35
Nazir Ağcabədidə vətəndaş qəbulu keçirib19.12.2025 - 12:20
Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri əməkdaşlıq imkanlarını müzakirə edib19.12.2025 - 12:00
Teleradio Akademiyası Qərbi Kasbi Universitetinin rəhbərliyi ilə görüşüb 19.12.2025 - 11:50
Kürdəmirdə doqquzuncu sinif şagirdi faciəli şəkildə ölüb 19.12.2025 - 11:35
Dilçilik İnstitutunun əməkdaşları Ankarada keçirilən beynəlxalq tədbirdə çıxış ediblər19.12.2025 - 11:20
Peşə tanınması üzrə imtahan keçirilib19.12.2025 - 11:05
Azərbaycan Universitetində Yeni il şənliyi keçirilib 19.12.2025 - 10:45
“Parla” təqaüdündə ən çox qalib bu universitetdəndir19.12.2025 - 10:30
Bakı Ali Neft Məktəbində akademik Yusif Məmmədəliyevin yubileyi qeyd olunub19.12.2025 - 10:00
Dizayn və memarlıq fakültəsi müzakirələrə töhfə verir19.12.2025 - 09:45
DİM-də növbəti təlim keçirilib19.12.2025 - 09:30
Fənlərarası tədqiqatlarla bağlı respublika konfransı keçirilir19.12.2025 - 09:15
Vətəndaş müraciətlərinin statistikası açıqlanıb19.12.2025 - 09:05
İngiltərədə müəllimlərə qadına qarşı zorakılığı aşkar etmək və onunla mübarizə aparmaq üçün təlim veriləcək19.12.2025 - 08:59
Maliyyələşdirmənin nəzərdən keçirilməsi vədinə əsasən, SEND kəsir dəstəyi "məhdud deyil"19.12.2025 - 08:46
Müəllim İslamı "şeytan" adlandırdığı və şagirdlərə narkotiklə bağlı açıqlamalar verdiyi üçün peşə davranışında günahkar bilinib19.12.2025 - 08:33
Filips: “İngiltərə müəllimləri artan qadın nifrəti ilə üz-üzədir, dəstəyə ehtiyac var”19.12.2025 - 08:20
İngiltərə məktəblərində qadın nifrətinə qarşı yeni tədbir: Oğlanlara real həyat öyrədiləcək19.12.2025 - 08:07
Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib - FOTOLAR19.12.2025 - 08:00
AzMİU-nun 50 illik yubileyi Gülüstan Sarayında qeyd olunub19.12.2025 - 07:54
“Maqsud Şeyxzadə” bədii filminin birgə istehsalı ilə bağlı memorandum imzalanıb19.12.2025 - 07:41
Təbiət fənn həftəliyi çərçivəsində bilik yarışması keçirildi19.12.2025 - 07:28
Riyaziyyat-informatika aylığı çərçivəsində dərsdinləmələr davam edir19.12.2025 - 07:15
Qış imtahanları ləğv oluna bilər?19.12.2025 - 07:06
Tarix fənn həftəliyi çərçivəsində bilik yarışı keçirilib19.12.2025 - 07:02
Təbiət fənn həftəsi çərçivəsində maraqlı sərgi və səhnəcik təşkil olunub19.12.2025 - 06:49
Qaxda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib19.12.2025 - 06:36
Astara şəhəri 1 nömrəli məktəbdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib19.12.2025 - 06:23
Beynəlxalq Yoxsullara Yardım Günü qeyd olunur19.12.2025 - 06:10
“Ermənilər türklərdən üzr istəsin” kampaniyasının başlanmasından 16 il ötür19.12.2025 - 05:57
“Baku” jurnalının nəşrindən 18 il ötür19.12.2025 - 05:44
Azərbaycan və Monako arasında diplomatik əlaqələrin qurulmasından 18 il ötür19.12.2025 - 05:31
Heydər Əliyevin Fransaya ilk rəsmi səfərindən 30 il ötür19.12.2025 - 05:18
Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyev anılır19.12.2025 - 05:05
Azərbaycanın tanınmış müğənnisi və bəstəkarı Əzizə Mustafazadənin doğum günü19.12.2025 - 04:52
Xalq yazıçısı Ənvər Məmmədxanlı anılır19.12.2025 - 04:39
Azərbaycanın Xalq artisti Gülşən Qurbanovanın anım günüdür19.12.2025 - 04:26
Görkəmli bəstəkar Fərəc Qarayevin doğum günüdür19.12.2025 - 04:13
Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin xatirəsi anılır19.12.2025 - 04:00
Təhsil eksperti Məzahir Məmmədli:"Bizim sistemin özündə müəyyən dəyişikliklər olunmalıdır"18.12.2025 - 20:13