Təhsil 365 - Logo Mobile

Peşə tanınması üzrə imtahan keçirilib

10819.12.2025 - 11:05
Peşə tanınması üzrə imtahan keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2025-ci il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.

“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və 1 saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 188 nəfərdən 38 nəfər imtahana gəlməyib. İmtahanda 67 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 22 – 23 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.

Nərgiz Süleymanova

Xəbər Lenti

Türkiyə universitetlərində bir sıra ixtisaslar üzrə qəbul azaldılacaq16.02.2026 - 19:35
Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər16.02.2026 - 19:25
Mövcud qiymətləndirmə sistemi şagirdlərin real bilik səviyyəsini ölçə bilirmi? – Ekspert danışdı16.02.2026 - 19:15
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb16.02.2026 - 19:10
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub16.02.2026 - 19:00
Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval vəfat edib16.02.2026 - 18:50
Vitaminlər donmurmuş: Həqiqət ortaya çıxdı16.02.2026 - 18:45
"Telegram"da rekord sayda kanal bağlandı16.02.2026 - 18:40
AzMİU-da WUF13 çərçivəsində tələbələr üçün beynəlxalq tematik təlim keçirilib16.02.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib16.02.2026 - 18:25
Təl-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub16.02.2026 - 18:17
Berlində Azərbaycan Kino Günləri keçirilib16.02.2026 - 18:11
MƏDƏNİYYƏT “İRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb16.02.2026 - 18:05
Ramin Nurəliyev: “İngilis dilində tədris olunan ixtisaslar üçün foundation kursu vacibdir”16.02.2026 - 18:00
Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək16.02.2026 - 17:50
Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açılıb16.02.2026 - 17:40
Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşa -“Pul əhvalatı”16.02.2026 - 17:35
"5-dən 30-a İntellektual Festival" layihəsi baş tutub16.02.2026 - 17:31
Xaricdə təhsil üçün yeni imkanlar - 33 ölkədə 231 universitet, 500 yer16.02.2026 - 17:27
BDU-nun buraxılış kurs tələbələrinin istehsalat təcrübələri başlanır16.02.2026 - 17:25
Sabah ilin ilk Günəş tutulması olacaq16.02.2026 - 17:19
BDU tələbələri üçün ödənişsiz qrafik dizayn təlimi16.02.2026 - 17:17
Şərqşünaslıq İnstitutunun kitabları Bağdadda Müstənsəriyyə Universitetinə hədiyyə edilib16.02.2026 - 17:12
Rektorun elmlər doktorluğu da ləğv olunub? - Açıqlama16.02.2026 - 17:09
ADPU-da magistrantların təcrübə dövrünə həsr olunmuş konfrans keçirilib16.02.2026 - 17:08
Macarıstanın Azərbaycandakı səfirin nümayəndələri ADNSU-da 16.02.2026 - 17:02
Hərbi hazırlıq müəllimi işləmək istəyənlər üçün müsabiqə elan edilib16.02.2026 - 17:00
Rusiyadan azərbaycanlılara şok qadağa16.02.2026 - 17:00
4 manatlıq məhsul xərçəngin dərmanıdır16.02.2026 - 16:52
Nazir IV Aqrar Startaplar və İnnovasiya Forumunda16.02.2026 - 16:43
Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?16.02.2026 - 16:39
Musiqi, incəsənət, rəssamlıq məktəblərində işləyən müəllimlərin imtahan verməsi qaydası dəyişir16.02.2026 - 16:33
Bu müəllimlər üçün attestasiya imtahanı ləğv olunur16.02.2026 - 16:28
Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki16.02.2026 - 16:22
“Dostlar bizi xatırlasın. Əlvida”16.02.2026 - 16:14
Niyə yumurtanı bütöv yemək lazımdır?16.02.2026 - 16:10
Bakıda ilyarımdır direktorsuz qalan məktəbə təyinat16.02.2026 - 16:00
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 35 %-ə yaxın artıb16.02.2026 - 15:52
Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq imkanları müzakirə edilib16.02.2026 - 15:33
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib16.02.2026 - 15:21
Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi16.02.2026 - 15:13
Yeməməli olduğunuz zərərli dənli bitkilər 16.02.2026 - 15:05
“X”in fəaliyyətində problem yarandı16.02.2026 - 15:00
Ağdamda məktəb fəaliyyətə başladı16.02.2026 - 14:56
AzMİU ilə Macarıstan Universiteti əməkdaşlıq edəcək16.02.2026 - 14:45
Gürcüstanda universitet çoxdur, keyfiyyət isə yoxdur16.02.2026 - 14:30
Misirdə 10 min illik sirr üzə çıxdı 16.02.2026 - 14:25
Bakını duman bürüyəcək: Fevralın 17-sinin hava proqnozu16.02.2026 - 14:20