Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası Qərbi Kaspi Universitetinin rəhbərliyi ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, əməkdaşlıq imkanları, birgə layihələrin reallaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub. Əsas istiqamətlər arasında nitq mədəniyyətinin inkişafı, media və kommunikasiya sahəsində innovativ yanaşmalar, eləcə də süni intellekt texnologiyalarının tədris və media mühitinə inteqrasiyası xüsusi yer tutub. Tərəflər bu sahələrdə birgə təşəbbüslərin həm tələbələr, həm də media mütəxəssisləri üçün yeni imkanlar yaradacağını vurğulayıblar. Qarşıdakı dövrdə birgə layihələr və yeni təşəbbüslərlə əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır.

