Təhsil 365 - Logo Mobile

BMU kampusunda velosiped infrastrukturu istifadəyə verildi

10319.12.2025 - 13:20
BMU kampusunda velosiped infrastrukturu istifadəyə verildi

Bakı Mühəndislik Universitetinin (BMU) kampusunda sağlam həyat tərzinin təşviqi, ekoloji nəqliyyat vasitələrinin istifadəsinin artırılması məqsədilə velosiped zolaqları və müvafiq dayanacaqlar yaradılıb. Eyni zamanda kampus ərazisində “Apar Ride” MMC tərəfindən istifadəyə verilən velosipedlər tələbə və əməkdaşların ixtiyarına təqdim olunub.

“Tehsil365” xəbər verir ki, bu münasibətlə keçirilən açılış tədbirində BMU-nun rəhbərliyi, müəllim, əməkdaş və tələbə heyəti, həmçinin “Apar Ride” MMC-nin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitet ərazisində piyada və velosiped yolları ayrılmasını ali məktəbin “Yaşıl kampus” konsepsiyasına, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü (Sağlam həyat və rifah) və 13-cü (İqlim dəyişikliyinə qarşı mübarizə) istiqamətlərinə uyğun olaraq həyata keçirildiyini bildirib. Rektor ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliğ edilməsi zərurəti ilə əlaqədar mikromobillik vasitələri üçün müvafiq infrastrukturun yaradılması və velosipedlərdən istifadənin əlçatanlığının təmin edilməsinə dair layihənin sosial əhəmiyyətini vurğulayıb. Əlavə olunub ki, rahat, sərfəli, sağlam həyat tərzini təşviq edən mikromobil nəqliyyat vasitəsi dünyada geniş yayılıb və ekoloji məsələlərin qlobal miqyasda aktuallıq qazanması fonunda velosiped mədəniyyətinin formalaşdırılması ölkəmizdə də xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Bu istiqamətdə görülən işlərə toxunan Yaqub Piriyev universitetdə tədris korpusları arasında rahat və təhlükəsiz hərəkət üçün yolların asfaltlandığını, bunun velosiped, eləcə də digər mikromobil nəqliyyat vasitələrindən istifadə üçün də əlverişli şərait yaratdığını qeyd edib. Rektor BMU-da ekoloji təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini, mikromobil vasitələrdən istifadənin genişləndiriləcəyini diqqətə çatdırıb.

“Apar Ride” MMC-nin direktoru Əli Əhmədli çıxış edərək şirkət tərəfindən paytaxtda mikromobil nəqliyyat vasitələrindən istifadə üçün görülən işlərə diqqət çəkib və BMU-da həyata keçirilən bu kimi layihələrin velosiped mədəniyyətinin formalaşmasına, eləcə də ekoloji təşəbbüslərin təşviqinə mühüm töhfə verdiyini deyib.

Nərgiz Süleymanova

Xəbər Lenti

Məktəbdə 4-cü siniflər üzrə monitorinq keçirildi20.12.2025 - 07:28
Məktəbimizin 9-cu sinif şagirdi Əli Əlizadə "Məktəblərarası Milli Hakaton" müsabiqəsində uğur qazandı20.12.2025 - 07:15
20 dekabr — BMT tərəfindən Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd edilir20.12.2025 - 07:02
Azərbaycan və Maldiv adaları arasında diplomatik əlaqələr qurulub20.12.2025 - 06:49
20 dekabr 1991 — Litva Azərbaycanın müstəqilliyini tanıdı20.12.2025 - 06:36
Milli Qəhrəman İbrahim Məmmədovun xatirəsi ehtiramla anılır20.12.2025 - 06:23
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov anılır20.12.2025 - 06:10
Azərbaycanın əməkdar artisti Elşən Şirəliyevin vəfatından 4 il ötür20.12.2025 - 05:57
Azərbaycan rəssamı Vaqif Ucatayın vəfatının 5 ili tamam olur20.12.2025 - 05:44
Azərbaycanın xalq rəssamı Cəmil Müfidzadənin xatirəsi anılır20.12.2025 - 05:31
Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadənin vəfatının ildönümüdür20.12.2025 - 05:18
Azərbaycan ədəbiyyatının parlaq siması Nurəngiz Günün xatirəsi anılır20.12.2025 - 05:05
Azərbaycanın tanınmış musiqiçisi Aslan İlyasovun xatirəsi anılır20.12.2025 - 04:52
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Şəfi bəy Rüstəmbəylinin xatirəsi anılır20.12.2025 - 04:39
Mustafa Mahmudovun xatirəsi anılır – Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi20.12.2025 - 04:26
Eldar Bağırov – Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı20.12.2025 - 04:13
Azərbaycan meyxana sənətinin tanınmış nümayəndəsi Nizami Rəmzinin xatirəsi anılır20.12.2025 - 04:00
AzMİU-da yeni fakültə binası istifadəyə verilib19.12.2025 - 19:56
Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olunub19.12.2025 - 19:45
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olunub19.12.2025 - 19:30
Naxçıvanda orta ixtisas təhsili alan tələbələrin sayı açıqlanıb19.12.2025 - 19:26
''Qalib xalqın qalib gəncləri olmaq böyük xoşbəxtlikdir'' – Nazir müavini19.12.2025 - 19:15
Astanada eyni vaxtda 40-dan çox Yeni il yolkası işıqlandırılıb19.12.2025 - 19:00
Milli Xalça Muzeyində rəssam Emil Əzizin fərdi sərgisi açılıb19.12.2025 - 18:43
AQC ilə BAAU arasında memorandum imzalanıb19.12.2025 - 18:33
Ankarada kitab təqdimatı keçirilib19.12.2025 - 18:26
Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub19.12.2025 - 18:19
Vaxtında müdaxilə şagirdin həyatını xilas etdi19.12.2025 - 18:14
Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçib19.12.2025 - 18:07
Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir19.12.2025 - 17:55
Məktəblərdə Valideyn konfransları davam edir - FOTO19.12.2025 - 17:49
Neft-Kimya Prosesləri İnstitutunun elmi platforması kimya dərsləri və bəşər tarixinə dair geniş materiallar təqdim edir19.12.2025 - 17:37
Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR19.12.2025 - 17:25
BDU-da “Azerbaijan International Mining Company Limited” şirkətinin xüsusi auditoriyası açılıb - FOTOLAR19.12.2025 - 17:12
''Kəlbəcər məktəbinin tikintisinə nəzarəti AzMİU-nun 25 yaşlı məzunu həyata keçirir'' - Nazir19.12.2025 - 16:56
AzMİU-nun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub19.12.2025 - 16:45
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib19.12.2025 - 16:30
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Akşin Novruzova həsr olunur - VİDEO19.12.2025 - 16:15
Akademik: ''Rəqəmsal inkişaf sahəsində həyata keçirilən dövlət siyasəti Milli Süni İntellekt Forumunun yaradılmasını zəruri edir''19.12.2025 - 16:00
Göytəpə məktəbliləri Hüseyn Cavidin “Ana” pyesini ev muzeyində səhnələşdirdilər19.12.2025 - 15:45
“Parla” təqaüd proqramının qalibləri AÇIQLANDI19.12.2025 - 15:30
NDU-da İnnovasiya Mərkəzinə baxış keçirilib19.12.2025 - 15:15
Neft-Kimya Prosesləri İnstitutu materiallar təqdim edir19.12.2025 - 15:00
BDU-da “Azerbaijan International Mining Company Limited” auditoriyası açılıb19.12.2025 - 14:35
“Əbdürrauf Fitrət və özbək cədidçiliyi” monoqrafiyası işıq üzü görüb19.12.2025 - 14:20
LDU-da iqtisadi mövzuda respublika elmi-praktiki konfrans keçirilib19.12.2025 - 14:00
Valideynlərlə təhsil müzakirələri davam edir19.12.2025 - 13:40