Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 2015-ci ildə yaradılmış nkpi.az saytı ölkəmizdə ən maarifləndirici saytlardan biridir. Bu saytda elmin müxtəlif sahələrinə, kimya dərslərinin geniş şərhlərini bəşər tarixinə aid zəngin məlumatlar verilir.
“Tehsil365” xəbər verir ki, indiyə qədər saytda 2796 xəbər, təbiət kimyasının möcüzələri və sağlamlığa aid 1211, Nobel mükafatları laureatlarına aid 300, dahilər, müdriklər və fatehlərə aid 980, müəllim və şagirdlər üçün 3299, Azərbaycanın görkəmli neft kimyaçıları haqqında 91, Azərbaycan Elmlər Akademiyasının 329 həqiqi və müxbir üzvləri haqqında 2641 məlumat yerləşdirilib. Bundan başqa, Azərbaycanın bütün rayonlarının yaranma tarixi, florası, faunası, çayları, tarixi abidələri haqqında məlumatlar verilib. Saytda Azərbaycan toponimlərinin mənşəyi haqqında məlumatlarla da tanış olmaq mümkündür. İndiyə qədər bu sayta dünyanın 120-dən çox ölkəsindən 15 milyon 967 min 881 baxış var.

