Təhsil 365 - Logo Mobile

BDU-da “Azerbaijan International Mining Company Limited” şirkətinin xüsusi auditoriyası açılıb - FOTOLAR

9319.12.2025 - 17:12
BDU-da “Azerbaijan International Mining Company Limited” şirkətinin xüsusi auditoriyası açılıb - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Azerbaijan International Mining Company Limited” şirkətinin dəstəyi ilə yaradılmış xüsusi auditoriyanın açılışı olub.

BDU-dan “Tehsil365”ə bildirilib ki, açılış mərasimində çıxış edən rektor Elçin Babayev universitetdə müasir infrastrukturun yaradılmasının, xüsusilə ixtisaslaşmış auditoriyaların tədris prosesinə inteqrasiyasının böyük əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, BDU-nun strateji inkişaf planında sənaye strukturları ilə sıx əməkdaşlıq əsas prioritetlərdən biridir. Mədən sənayesi kimi strateji əhəmiyyətli sahələr üzrə ixtisaslı kadr hazırlığı yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, praktiki təcrübəyə əsaslanan müasir tədris mühiti ilə tamamlanmalıdır. Onun sözlərinə görə, “Azerbaijan International Mining Company Limited" şirkətinin təşəbbüsü və dəstəyi ilə yaradılan bu xüsusi auditoriya tələbələrin peşə hazırlığının yüksəldilməsində mühüm rol oynayacaq, onların beynəlxalq təcrübəyə çıxış imkanlarını genişləndirəcək.

Rektor Elçin Babayev bu cür layihələrin tələbələrin gələcək əmək bazarına daha çevik və rəqabətqabiliyyətli kadrlar kimi daxil olmasına şərait yaratdığını, eyni zamanda, universitetin elmi-tədqiqat potensialının inkişafına töhfə verdiyini vurğulayıb.

Daha sonra çıxış edən “Azerbaijan International Mining Company Limited” şirkətinin prezidenti Reza Vəziri rəhbərlik etdiyi şirkətin sosial məsuliyyət strategiyasında təhsil sektorunun xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, geologiya və mədən sənayesi sahəsində davamlı inkişafın əsasında bilikli və peşəkar mütəxəssislərin hazırlanması dayanır. Reza Vəziri Azərbaycan gənclərinin bu sahəyə marağının artırılmasının, onların müasir texnologiyalarla tanış olmasının vacibliyini önə çəkərək, xüsusi auditoriyanın məhz bu məqsədlərə xidmət etdiyini vurğulayıb.

Şirkət prezidenti əlavə edib ki, gələcəkdə də BDU ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin, elmi-tədqiqat təşəbbüslərinin və tələbələr üçün praktiki təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində iştirakçılar yeni istifadəyə verilmiş auditoriya ilə yaxından tanış olub, onun texniki imkanları, tədris üçün yaradılmış şərait, müasir təqdimat vasitələri və ixtisaslaşmış dərslərin keçirilməsi üçün əlverişli infrastrukturu barədə ətraflı məlumat alıblar.

Qeyd edək ki, “Azerbaijan International Mining Company Limited” şirkətinin xüsusi auditoriyası Geologiya fakültəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə, mədən sənayesi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək. Bu təşəbbüs universitet-sənaye əməkdaşlığının uğurlu modelini nümayiş etdirməklə yanaşı, gələcək üçün də geniş imkanlar açır.

Aydan Ələkbərova

Xəbər Lenti

Məktəbdə 4-cü siniflər üzrə monitorinq keçirildi20.12.2025 - 07:28
Məktəbimizin 9-cu sinif şagirdi Əli Əlizadə "Məktəblərarası Milli Hakaton" müsabiqəsində uğur qazandı20.12.2025 - 07:15
20 dekabr — BMT tərəfindən Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd edilir20.12.2025 - 07:02
Azərbaycan və Maldiv adaları arasında diplomatik əlaqələr qurulub20.12.2025 - 06:49
20 dekabr 1991 — Litva Azərbaycanın müstəqilliyini tanıdı20.12.2025 - 06:36
Milli Qəhrəman İbrahim Məmmədovun xatirəsi ehtiramla anılır20.12.2025 - 06:23
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov anılır20.12.2025 - 06:10
Azərbaycanın əməkdar artisti Elşən Şirəliyevin vəfatından 4 il ötür20.12.2025 - 05:57
Azərbaycan rəssamı Vaqif Ucatayın vəfatının 5 ili tamam olur20.12.2025 - 05:44
Azərbaycanın xalq rəssamı Cəmil Müfidzadənin xatirəsi anılır20.12.2025 - 05:31
Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadənin vəfatının ildönümüdür20.12.2025 - 05:18
Azərbaycan ədəbiyyatının parlaq siması Nurəngiz Günün xatirəsi anılır20.12.2025 - 05:05
Azərbaycanın tanınmış musiqiçisi Aslan İlyasovun xatirəsi anılır20.12.2025 - 04:52
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Şəfi bəy Rüstəmbəylinin xatirəsi anılır20.12.2025 - 04:39
Mustafa Mahmudovun xatirəsi anılır – Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi20.12.2025 - 04:26
Eldar Bağırov – Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı20.12.2025 - 04:13
Azərbaycan meyxana sənətinin tanınmış nümayəndəsi Nizami Rəmzinin xatirəsi anılır20.12.2025 - 04:00
AzMİU-da yeni fakültə binası istifadəyə verilib19.12.2025 - 19:56
Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olunub19.12.2025 - 19:45
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olunub19.12.2025 - 19:30
Naxçıvanda orta ixtisas təhsili alan tələbələrin sayı açıqlanıb19.12.2025 - 19:26
''Qalib xalqın qalib gəncləri olmaq böyük xoşbəxtlikdir'' – Nazir müavini19.12.2025 - 19:15
Astanada eyni vaxtda 40-dan çox Yeni il yolkası işıqlandırılıb19.12.2025 - 19:00
Milli Xalça Muzeyində rəssam Emil Əzizin fərdi sərgisi açılıb19.12.2025 - 18:43
AQC ilə BAAU arasında memorandum imzalanıb19.12.2025 - 18:33
Ankarada kitab təqdimatı keçirilib19.12.2025 - 18:26
Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub19.12.2025 - 18:19
Vaxtında müdaxilə şagirdin həyatını xilas etdi19.12.2025 - 18:14
Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçib19.12.2025 - 18:07
Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir19.12.2025 - 17:55
Məktəblərdə Valideyn konfransları davam edir - FOTO19.12.2025 - 17:49
Neft-Kimya Prosesləri İnstitutunun elmi platforması kimya dərsləri və bəşər tarixinə dair geniş materiallar təqdim edir19.12.2025 - 17:37
Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR19.12.2025 - 17:25
''Kəlbəcər məktəbinin tikintisinə nəzarəti AzMİU-nun 25 yaşlı məzunu həyata keçirir'' - Nazir19.12.2025 - 16:56
AzMİU-nun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub19.12.2025 - 16:45
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib19.12.2025 - 16:30
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Akşin Novruzova həsr olunur - VİDEO19.12.2025 - 16:15
Akademik: ''Rəqəmsal inkişaf sahəsində həyata keçirilən dövlət siyasəti Milli Süni İntellekt Forumunun yaradılmasını zəruri edir''19.12.2025 - 16:00
Göytəpə məktəbliləri Hüseyn Cavidin “Ana” pyesini ev muzeyində səhnələşdirdilər19.12.2025 - 15:45
“Parla” təqaüd proqramının qalibləri AÇIQLANDI19.12.2025 - 15:30
NDU-da İnnovasiya Mərkəzinə baxış keçirilib19.12.2025 - 15:15
Neft-Kimya Prosesləri İnstitutu materiallar təqdim edir19.12.2025 - 15:00
BDU-da “Azerbaijan International Mining Company Limited” auditoriyası açılıb19.12.2025 - 14:35
“Əbdürrauf Fitrət və özbək cədidçiliyi” monoqrafiyası işıq üzü görüb19.12.2025 - 14:20
LDU-da iqtisadi mövzuda respublika elmi-praktiki konfrans keçirilib19.12.2025 - 14:00
Valideynlərlə təhsil müzakirələri davam edir19.12.2025 - 13:40
BMU kampusunda velosiped infrastrukturu istifadəyə verildi19.12.2025 - 13:20