Təhsil 365 - Logo Mobile

Ankarada kitab təqdimatı keçirilib

9219.12.2025 - 18:26
Ankarada kitab təqdimatı keçirilib

Ankara Universitetində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasətinə həsr olunmuş iki kitabın təqdimat mərasimi olub.

Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Ankara Universitetinin rektorluğu tədbirə təşkilati dəstək göstərib.

Azərbaycanın “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Xariqələr Yaradan Qətiyyətli Lider” və Aygül Bağırovanın “Qalib sərkərdənin Böyük Qayıdışı” adlı kitablarının təqdimatında Türkiyə parlamentinin və Xarici İşlər Nazirliyinin nümayəndələri, azərbaycanlı diplomatlar, alimlər, tələbələr, eləcə də hər iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

TADİV-in sədri, professor Aygün Attar çıxış edərək Azərbaycan reallıqlarının təbliğinin əhəmiyyətini vurğulayıb, gəncləri türk dövlətlərinin döyüş və qəhrəmanlıq tarixini unutmamağa çağırıb.

Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışında müasir Azərbaycanın inkişafının təməlini qoymuş Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafına verdiyi xüsusi töhfəni qeyd edərək, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Ş.Ayrım Türkiyə və Azərbaycanın gənc nəsillərinin prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin əldə etdikləri nailiyyətləri qoruyub saxlayacağına və daha da inkişaf etdirəcəyinə əminliyini ifadə edib. O, həmçinin “Qalib sərkərdənin Böyük Qayıdışı” kitabının “Ön söz”ünün müəllifi olduğunu bildirib.

Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Füzuli Məcidli təqdim olunan kitabları “Azərbaycanın müasir tarixinin işıqlandırıldığı mühüm əsərlər” kimi qiymətləndirib, Türkiyə–Azərbaycan dostluğunun sarsılmaz olduğunu vurğulayıb.

Milli Məclisin sabiq deputatı Həvva Məmmədova türk dövlətləri arasında birliyin vacibliyini qeyd edib. O, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyin heç vaxt unudulmayacağını bildirərək, gənc nəslin bunu daim yadda saxlamasının zəruriliyini vurğulayıb.

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva Ankara Universitetinin tələbələrinə müraciət edərək Türkiyə və Azərbaycan vəhdətinin keşiyində durmağa çağırıb. Onun sözlərinə görə, hər yeni nəsil Prezident İlham Əliyevin uzaqgörən siyasəti və onun rəhbərliyi altında Vətənin bütövlüyünü bərpa etmiş Azərbaycan oğullarının qəhrəmanlığı barədə hərtərəfli məlumatlandırılmalıdır.

“Qalib sərkərdənin Böyük Qayıdışı” kitabının müəllifi Aygül Bağırova isə kitabının Türkiyədə təqdim olunmasını özü üçün böyük şərəf və qürur mənbəyi adlandırıb. O bildirib ki, kitabını Vətən müharibəsinin ilk günündən yazmağa başlayıb.

“Oxuculara qəhrəmanlıq mübarizəsinin hər günü barədə tam dolğun məlumat çatdırmağa çalışmışam. Əminəm ki, gələcəkdə oxucular bu kitabları öz ölkələri ilə qürur duyaraq vərəqləyəcəklər”, - deyə A.Bağırova tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.

Alsu İsmayılova

Xəbər Lenti

Məktəbdə 4-cü siniflər üzrə monitorinq keçirildi20.12.2025 - 07:28
Məktəbimizin 9-cu sinif şagirdi Əli Əlizadə "Məktəblərarası Milli Hakaton" müsabiqəsində uğur qazandı20.12.2025 - 07:15
20 dekabr — BMT tərəfindən Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd edilir20.12.2025 - 07:02
Azərbaycan və Maldiv adaları arasında diplomatik əlaqələr qurulub20.12.2025 - 06:49
20 dekabr 1991 — Litva Azərbaycanın müstəqilliyini tanıdı20.12.2025 - 06:36
Milli Qəhrəman İbrahim Məmmədovun xatirəsi ehtiramla anılır20.12.2025 - 06:23
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov anılır20.12.2025 - 06:10
Azərbaycanın əməkdar artisti Elşən Şirəliyevin vəfatından 4 il ötür20.12.2025 - 05:57
Azərbaycan rəssamı Vaqif Ucatayın vəfatının 5 ili tamam olur20.12.2025 - 05:44
Azərbaycanın xalq rəssamı Cəmil Müfidzadənin xatirəsi anılır20.12.2025 - 05:31
Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadənin vəfatının ildönümüdür20.12.2025 - 05:18
Azərbaycan ədəbiyyatının parlaq siması Nurəngiz Günün xatirəsi anılır20.12.2025 - 05:05
Azərbaycanın tanınmış musiqiçisi Aslan İlyasovun xatirəsi anılır20.12.2025 - 04:52
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Şəfi bəy Rüstəmbəylinin xatirəsi anılır20.12.2025 - 04:39
Mustafa Mahmudovun xatirəsi anılır – Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi20.12.2025 - 04:26
Eldar Bağırov – Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı20.12.2025 - 04:13
Azərbaycan meyxana sənətinin tanınmış nümayəndəsi Nizami Rəmzinin xatirəsi anılır20.12.2025 - 04:00
AzMİU-da yeni fakültə binası istifadəyə verilib19.12.2025 - 19:56
Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olunub19.12.2025 - 19:45
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olunub19.12.2025 - 19:30
Naxçıvanda orta ixtisas təhsili alan tələbələrin sayı açıqlanıb19.12.2025 - 19:26
''Qalib xalqın qalib gəncləri olmaq böyük xoşbəxtlikdir'' – Nazir müavini19.12.2025 - 19:15
Astanada eyni vaxtda 40-dan çox Yeni il yolkası işıqlandırılıb19.12.2025 - 19:00
Milli Xalça Muzeyində rəssam Emil Əzizin fərdi sərgisi açılıb19.12.2025 - 18:43
AQC ilə BAAU arasında memorandum imzalanıb19.12.2025 - 18:33
Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub19.12.2025 - 18:19
Vaxtında müdaxilə şagirdin həyatını xilas etdi19.12.2025 - 18:14
Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçib19.12.2025 - 18:07
Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir19.12.2025 - 17:55
Məktəblərdə Valideyn konfransları davam edir - FOTO19.12.2025 - 17:49
Neft-Kimya Prosesləri İnstitutunun elmi platforması kimya dərsləri və bəşər tarixinə dair geniş materiallar təqdim edir19.12.2025 - 17:37
Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR19.12.2025 - 17:25
BDU-da “Azerbaijan International Mining Company Limited” şirkətinin xüsusi auditoriyası açılıb - FOTOLAR19.12.2025 - 17:12
''Kəlbəcər məktəbinin tikintisinə nəzarəti AzMİU-nun 25 yaşlı məzunu həyata keçirir'' - Nazir19.12.2025 - 16:56
AzMİU-nun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub19.12.2025 - 16:45
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib19.12.2025 - 16:30
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Akşin Novruzova həsr olunur - VİDEO19.12.2025 - 16:15
Akademik: ''Rəqəmsal inkişaf sahəsində həyata keçirilən dövlət siyasəti Milli Süni İntellekt Forumunun yaradılmasını zəruri edir''19.12.2025 - 16:00
Göytəpə məktəbliləri Hüseyn Cavidin “Ana” pyesini ev muzeyində səhnələşdirdilər19.12.2025 - 15:45
“Parla” təqaüd proqramının qalibləri AÇIQLANDI19.12.2025 - 15:30
NDU-da İnnovasiya Mərkəzinə baxış keçirilib19.12.2025 - 15:15
Neft-Kimya Prosesləri İnstitutu materiallar təqdim edir19.12.2025 - 15:00
BDU-da “Azerbaijan International Mining Company Limited” auditoriyası açılıb19.12.2025 - 14:35
“Əbdürrauf Fitrət və özbək cədidçiliyi” monoqrafiyası işıq üzü görüb19.12.2025 - 14:20
LDU-da iqtisadi mövzuda respublika elmi-praktiki konfrans keçirilib19.12.2025 - 14:00
Valideynlərlə təhsil müzakirələri davam edir19.12.2025 - 13:40
BMU kampusunda velosiped infrastrukturu istifadəyə verildi19.12.2025 - 13:20