Azərbaycanın tanınmış maarifçisi və ictimai-siyasi xadimi Mustafa Mahmudovun vəfatından 88 il ötür.
"Tehsil365" xəbər verir ki, O, 1878-ci il yanvarın 31-də Kürdəmirin Mollakənd kəndində dünyaya gəlmiş, təhsilini Qori Müəllimlər Seminariyasında almışdır.
Mustafa Mahmudov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Şuranın və Parlamentin üzvü kimi milli dövlətçiliyimizin qurulmasında fəal iştirak etmişdir. Onun fəaliyyəti ölkədə təhsil və maarifin inkişafı, milli oyanışın gücləndirilməsi ilə sıx bağlı olub.
20 dekabr 1937-ci ildə Stalin repressiyaları zamanı qurban gedən Mustafa Mahmudov həm də dövrünün savadlı müəllimlərindən və maarif fədailərindən biri idi. Onun xalqına və dövlətinə xidməti bu gün də yüksək qiymətləndirilir.
Mustafa Mahmudovun xatirəsi Azərbaycan tarixində əbədi yaşayacaq.

