Azərbaycanın istiqlal tarixində mühüm rol oynamış Şəfi bəy Rüstəmbəyli 20 dekabr 1960-cı ildə İstanbulda vəfat edib.
"Tehsil365" xəbər verir ki, O, 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində anadan olub. Maarifçi ailəsində böyüyən Şəfi bəy hüquq təhsili alaraq milli azadlıq hərəkatına qoşulub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, Parlamentin üzvü, Daxili İşlər nazirinin birinci müavini və "Azərbaycan" qəzetinin redaktoru kimi mühüm vəzifələrdə çalışıb. Onun fəaliyyəti dövlət idarəçiliyi, mətbuatın inkişafı və hüquqi sistemin formalaşmasına töhfə verməklə yadda qalıb.
Cümhuriyyət süqut etdikdən sonra mühacirətə gedən Şəfi bəy ömrünün sonunadək Azərbaycanın istiqlal idealına sadiq qalıb. İstanbulda yaşadığı müddətdə də milli mətbuat və maarifçilik fəaliyyəti ilə məşğul olub.
Şəfi bəy Rüstəmbəylinin həyat yolu Azərbaycan tarixində müstəqillik və milli şüur uğrunda mübarizənin rəmzlərindən biri kimi əbədiləşib.

