Bu gün məktəbimizdə 4 a, b, c sinif şagirdlərinin oxuyub-anlama və riyazi analitik bacarıqlarını qiymətləndirmək məqsədilə Azərbaycan dili və Riyaziyyat fənləri üzrə məktəbdaxili monitorinq təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Təlimat zamanı şagirdlər mətnləri diqqətlə oxuyaraq fikir yürütmə, nəticə çıxarma və əsas məqamları müəyyən etmə bacarıqlarını nümayiş etdiriblər. Riyaziyyat fənnində isə məntiqi düşünmə, hesablamalar, situasiya tapşırıqları və analitik yanaşma qabiliyyətləri qiymətləndirilib.
Belə monitorinqlər şagirdlərin inkişafını izləmək, onların güclü və dəstək tələb edən tərəflərini aşkar etmək baxımından böyük əhəmiyyət kəsb edir.

