Uşaq Səfirlər Məclisinin Zaqatala rayonu üzrə fəalı Aynişan Məmmədovanın təşəbbüsü ilə "Azərbaycanın qadın Milli Qəhrəmanları" mövzusunda maarifləndirici tədbir təşkil edilib.
“Tehsil365” xəbər verir ki, Tədbirin əsas məqsədi Azərbaycanın qadın Milli Qəhrəmanlarının qəhrəmanlıq nümunələrini gənc nəslə tanıtmaq, onların Vətən uğrunda göstərdiyi fədakarlığı önə çıxarmaq və vətənpərvərlik hissini daha da möhkəmləndirməkdir.
Tədbir iştirakçıları qadın qəhrəmanların həyat və fəaliyyətindən danışaraq, onların vətən sevgisi və cəsarətindən nümunə götürməyin önəmini vurğulayıblar. Bu kimi layihələr gənclərin milli dəyərlərə bağlılığını artırmaqda mühüm rol oynayır.

