Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edərək universitetin təhsil və elm sahəsindəki uğurlarını yüksək qiymətləndirib.
“Tehsil365” xəbər verir ki, Yubiley tədbiri universitetin keçdiyi inkişaf yolunu, təhsil sisteminə verdiyi töhfələri və gələcək planlarını əks etdirib.
İştirakçılar universitetin 75 illik fəaliyyətini təbrik edib, qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün arzu və tövsiyələrini bölüşüblər.

