20 dekabr 2025-ci il tarixində tanınmış karikaturaçı rəssam Vaqif Ucatayın (əsl adı: Hüseynov Vaqif Hüseyn oğlu) vəfatından beş il ötür.
"Tehsil365" xəbər verir ki, Azərbaycan karikatura sənətində öz dəsti-xətti ilə seçilən sənətkar 1955-ci il iyunun 22-də Dəvəçi rayonunun Təkyə kəndində dünyaya gəlmişdi.
Vaqif Ucatay uzun illər ərzində karikatura janrında yaratdığı əsərlərlə cəmiyyətin müxtəlif sosial və siyasi məsələlərinə incə yumorla yanaşaraq, düşündürücü və orijinal obrazlar formalaşdırıb. Onun əsərləri mətbuat səhifələrində və müxtəlif sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir.
2006-cı ildən etibarən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü olan Vaqif Ucatay bu sahənin inkişafına öz töhfəsini verən sənətkarlardan biri kimi tanınırdı.
Vaqif Ucatay 2020-ci il dekabrın 20-də Bakıda vəfat edib. Onun xatirəsi Azərbaycan rəssamlıq sənətində və karikatura janrında iz qoymuş yaradıcılığı ilə daim yaşayacaq.

