20 dekabr 2025-ci il tarixində tanınmış teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti Elşən Şirəliyevin vəfatından dörd il tamam olur.
"Tehsil365" xəbər verir ki, Elşən Şıxəli oğlu Şirəliyev 1962-ci il oktyabrın 2-də Bakıda anadan olub.
Ömrünü teatr və kino sənətinə həsr edən Elşən Şirəliyev milli səhnəmizin önəmli simalarından biri olub. Yaradıcılığı ərzində çoxsaylı tamaşalarda və filmlərdə yadda qalan obrazlar yaradıb. 2018-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Elşən Şirəliyev 2021-ci il dekabrın 20-də Bakıda dünyasını dəyişib. Onun sənət irsi və peşəkarlığı Azərbaycan teatr və kino sahəsində daim yüksək qiymətləndirilir.

