20 dekabr 1956-cı ildə Bakıda anadan olan Riad Əhmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş igidlərimizdən biridir.
"Tehsil365" xəbər verir ki, O, Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi igidlik və şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Riad Əhmədov 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun keçdiyi döyüş yolu və vətənpərvərliyi Azərbaycan xalqının yaddaşında əbədi iz buraxıb.
Qəhrəmanın xatirəsi bu gün də əziz tutulur, gənc nəsillərə örnək kimi tanıdılır. Riad Əhmədovun adı Azərbaycanın igid oğulları sırasında daim qürurla çəkilir.

