Dünyaca məşhur yazıçı, "Cek Riçer" seriyasının müəllifi Li Çayld Böyük Britaniya məktəblərinin tədris planında triller janrının da yer almasını təklif edib.
“Tehsil365” xəbər verir ki, O, bu fikrini həbsxanalarda savadlılığın artırılması təşəbbüsünü dəstəkləyərkən səsləndirib.
Çayld bildirib ki, məktəblərdə yalnız klassik "şah əsərlər" üzərində fokuslanmaq bəzən şagirdlərdə oxumağa qarşı marağı azalda bilər. Onun fikrincə, uşaqlara maraqlı, sürətli və cəlbedici süjetli əsərlər – xüsusilə trillerlər – təqdim edilsə, bu, onların oxuma vərdişlərini gücləndirər.
Müəllif qeyd edib ki, oxu sevgisi məcburi deyil, könüllü şəkildə formalaşmalıdır və bu sevgini aşılamaq üçün daha əlçatan, dinamik ədəbiyyat nümunələrinə ehtiyac var.

