20 dekabr 1958-ci ildə Naxçıvanda anadan olan İbrahim İsmayıl oğlu Məmmədov Azərbaycanın qəhrəman övladlarından biridir.
"Tehsil365" xəbər verir ki, O, Birinci Qarabağ müharibəsində göstərdiyi şücaət və vətənpərvərlik nümunəsi ilə yadda qalıb.
İbrahim Məmmədov 1994-cü il fevralın 16-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətən uğrunda canından keçən bu igidə göstərdiyi fədakarlığa görə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Onun keçdiyi həyat və döyüş yolu bugünkü və gələcək nəsillər üçün vətənə sevginin, fədakarlığın parlaq nümunəsidir. İbrahim Məmmədovun əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

