Təhsil 365 - Logo Mobile

"Bəhai İcması Azərbaycan mədəniyyəti və multikulturalizmi kontekstində" mövzusunda konfrans keçirildi

23920.12.2025 - 08:59
"Bəhai İcması Azərbaycan mədəniyyəti və multikulturalizmi kontekstində" mövzusunda konfrans keçirildi

19 dekabr 2025-ci il tarixində Bakıda "Bəhai İcması Azərbaycan mədəniyyəti və multikulturalizmi kontekstində" mövzusunda əhatəli konfrans keçirilib. Tədbir Azərbaycanın multikultural dəyərlərinin, dini tolerantlığının və bəşəri ideyaların təbliğinə xidmət edib.

"Tehsil365" xəbər verir ki, Konfransda ölkənin tanınmış dövlət, elm və din xadimləri, ictimai təşkilatların nümayəndələri və xarici qonaqlar iştirak ediblər. Tədbirin əsas məqsədi Bəhai İcmasının dəyərlərinin Azərbaycan cəmiyyətindəki tolerantlıq və multikulturalizm mühiti ilə uzlaşmasını nümayiş etdirmək olub.

Çıxış edənlər arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aslan Sultanov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti professor Fuad Məmmədov və vitse-prezidenti, Mədəniyyət Səfiri professor Səlahəddin Əyyubov, Azərbaycan Bəhailəri Milli Ruhani Məhfilinin katibi Ramazan Əsgərli, Bəhai İcmasının İctimai Əlaqələr Ofisinin koordinatoru Mirhüseyn Seyidov, professor Əzizə Cəfərzadənin oğlu və davamçısı Turan İbrahimov, 250 illik gizli tarixi film rejissoru Kəmalə Musazadə və avstraliyalı bəhai musiqiçi Con Varney yer alıblar.

Professor Səlahəddin Əyyubov öz çıxışında Bəhai dininin tarixi, dəyərləri və Azərbaycandakı fəaliyyəti barədə ətraflı məlumat verib. Təqdimat zamanı Bəhai İcmasının dünya miqyasında apardığı humanist və maarifləndirici fəaliyyətləri əks etdirən slaydlar nümayiş etdirilib.

Çıxışlarda tolerantlığın, qarşılıqlı hörmətin və dini dözümlülüyün cəmiyyətin əsas sütunlarından biri olduğu qeyd olunub. Vurğulanıb ki, müxtəlif mədəniyyətlərə və inanclara sahib insanların dinc və harmoniyada yaşaması Azərbaycan modelinin uğurlu nümunəsidir.

Tədbirdə səsləndirilən fikirlərdən biri tədbirin əsas ideyasını əks etdirib: “Biz müxtəlif olsaq da, bizi ümumi nöqtədə birləşdirən şey insan olmağımızdır.”

Konfransın sonunda tanınmış xanəndə Nəsrin Şəfiyi tərəfindən səsləndirilən muğam ifası tədbirə bədii və mənəvi dəyər qataraq iştirakçılarda dərin təəssürat yaratmışdır.

Bu konfrans bir daha göstərdi ki, Azərbaycanda dinindən və mənsubiyyətindən asılı olmayaraq hər bir icmaya hörmətlə yanaşılır və onlar cəmiyyətin inteqrasiyasında fəal rol oynaya bilirlər.







Cümşüdova Gülbadam

Xəbər Lenti

Harvardda yeni qiymətləndirmə sistemi narazılıq yaradıb09.04.2026 - 19:57
Sabah 22 dərəcə isti olacaq09.04.2026 - 19:54
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 19:46
Konfrans öncəsi vörkşoplar davam edir09.04.2026 - 19:40
Tovuzda bir ailə üç uşağından imtina etdi09.04.2026 - 19:32
Azərbaycanda birinci sinfə qəbul prosesində YENİLİK09.04.2026 - 19:25
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib09.04.2026 - 19:18
“Mənim üçün ən uca hiss Vətən sevgisidir”- Milli Qəhrəman İbad Hüseynov09.04.2026 - 19:12
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı09.04.2026 - 19:05
ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir09.04.2026 - 18:54
Günəşdə güclü partlayış09.04.2026 - 18:46
Rusiyada pioner və komsomollar bərpa olunur09.04.2026 - 18:38
Salyanda uşaq bağçasının icarəsinə 12 min manat ayrılıb09.04.2026 - 18:32
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb09.04.2026 - 18:24
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?09.04.2026 - 18:16
Azərbaycan təhsilinin görünməyən qəhrəmanları...09.04.2026 - 18:08
İsmayıl İman: Pyes oxunuşları tamaşaların yaranması yolunda mühüm mərhələdir09.04.2026 - 18:02
Tibb üzrə ekspert Rasif Bağırov: “Xəstəliklərin çoxu əvvəlcə hiss olunmur, müayinə vacibdir”09.04.2026 - 17:55
Dövlət Film Fondunda Ceyhun Mirzəyevin xatirəsi anılıb09.04.2026 - 17:54
“Böyük türkmanlar və müasir türk xalqları” - etnik tarixə yeni elmi baxış09.04.2026 - 17:48
Hüquqşünas Əkrəm Həsənov: “Geyimə yalnız həddən artıq açıq-saçıq olduqda məhdudiyyət qoyula bilər”09.04.2026 - 17:45
“Dostluğun sehri” VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb09.04.2026 - 17:42
Məşhur "Taxt oyunları" serialının aktyoru Maykl Patrik ölüb09.04.2026 - 17:35
ADU və İndoneziya universitetləri arasında mübadilə proqramları genişləndirilir09.04.2026 - 17:34
BMU-da Beynəlxalq Tələbələr Klubu yaradılıb09.04.2026 - 17:26
"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdi09.04.2026 - 17:25
“BDU könüllüləri”nin baş katibi: Güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir09.04.2026 - 17:18
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir09.04.2026 - 17:15
ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib09.04.2026 - 17:12
Şirvan-Salyan regionunda 14 şagird RFM-in rayon mərhələsində 100 bal toplayıb09.04.2026 - 17:05
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılışı olub09.04.2026 - 17:04
Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadındır09.04.2026 - 17:00
İki kollecdə yeni rəhbər təyinatları olub09.04.2026 - 16:55
4-cü siniflər üçün beynəlxalq sınaq mərhələsi başladı09.04.2026 - 16:45
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək09.04.2026 - 16:35
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 16:25
Ağdaş və Qax məktəbliləri erkən nikahın zərərli təsirləri barədə məlumatlandırılıblar09.04.2026 - 16:15
"Rəqəmsal məktəb"in imkanları: Müəllimlər “Google”un alətlərindən ödənişsiz istifadə edə bilərlər09.04.2026 - 16:05
Prezident təqaüdçüsü TOP universitetlərdən qəbul təklifi aldı09.04.2026 - 16:00
Özbəkistanda “Xolid Said Xojayev” kitabının təqdimatı keçirilib09.04.2026 - 15:50
Müəllimlər üçün təşkil olunan düşərgənin açılış mərasimi keçirilib09.04.2026 - 15:40
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub09.04.2026 - 15:30
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 15:20
ADNSU və BİNUS Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib09.04.2026 - 15:10
Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər09.04.2026 - 15:00
Cəfər Həsənovun solo konserti - Nağaranın sədası09.04.2026 - 14:49
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar09.04.2026 - 14:37
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 14:25