Gürcüstan hökuməti tərəfindən yaradılmış ali təhsil müəssisələrində Gürcüstan vətəndaşlarının bakalavr və magistr təhsili tam dövlət hesabına maliyyələşdiriləcək.
“Tehsil365” xəbər verir ki, Xarici vətəndaşların təhsilinin maliyyələşdirilməsi qayda və şərtləri hökumət tərəfindən ayrıca müəyyən ediləcək.
Universitet sistemində 3+1 modeli tətbiq olunacaq:
3 il – bakalavr
1 il – magistratura
2028-ci il 1 yanvaradək onlayn universitet konsepsiyası və standartları hazırlanacaq.
Qeyd edək ki, indiyədək Gürcüstanda bakalavr 4 il, magistratura isə 2 il idi.

