Azərbaycan Texnologiya Universitetinin professoru Ələmdar Əlbəndovun “Analitik kimya və instrumental analiz” adlı ali məktəblər üçün dərsliyi çapdan çıxıb. Dərslik Elm və Təhsil Nazirliyinin əmri əsasında çap edilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, kitabın rəyçisi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov bildirib.
Onun sözlərinə görə, dərslikdə məhlullarda gedən reaksiyaların termodinamika və kinetikası, miqdari analizin xarakteristikası, kimyəvi və instrimental analiz üsulları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, professorlar Əli Zalov və Elman Mövsümovun, dosent Əli Muradovun rəy verdikləri dərslikdə hər bir analiz üsuluna aid təcrübi və laboratoriya işləri də yer alıb.
“Kitab kimya, geologiya ixtisaslarında oxuyan tələbələr, doktorantlar, müəllimlər və elmi işçilər üçün dəyərli mənbədir”, - deyə Ə.Zalov bildirib.

