Təhsil 365 - Logo Mobile

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

10420.12.2025 - 14:45
Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə güllər düzülüb.

Tehsil365” xəbər verir ki, Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaq universitetin 75 illik tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycanda texniki təhsilin əsası ilk dəfə 1887-ci ilin noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən qoyulub. 14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə tərkibində Neft sənayesi, Elektromexanika və Memarlıq-inşaat şöbələri olan Bakı Politexnikumunun bazasında ali texniki mütəxəs­sislər hazırlayan Bakı Politexnik İnstitutu yaradılıb. 1923-cü ildən Bakı Politexnik İnstitutu Azərbaycan Politexnik İnstitutu adlandırılıb. İndiki AzTU 1950-ci ilin noyabrında Bakı şəhərində tərkibində Mexanika, İnşaat, Dəmir yolu və Hidromelio­rasiya fakültələri olmaqla Azərbaycan Politexnik İnstitutu (AzPİ) adı altında yenidən yaradılıb.

Rektor bildirib ki, 75 ildir AzTU təkcə mühəndis kadrlar hazırlamır, bu ali təhsil müəssisəsi həm də vətənpərvər şəxsiyyətlər formalaşdırır. AzTU hər zaman öz tələbə və məzunlarının uğurları ilə qürur duyur. 44 günlük Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında da AzTU-nun tələbə və məzunlarının yaxından iştirak etməsi onların vətənpərvər ruhunun yüksək olmasının göstəricisi idi.

Vilayət Vəliyev bildirib ki, “Yarat, inkişaf et, tətbiq et” şuarı ilə irəliləyən AzTU-nun hədəfi sənayenin inkişafını və texnoloji gələcəyi qarşılayan məsələlərin həllini öyrədən yenilikçi-təşəbbüskar akademik, məzun və tələbə heyəti ilə araşdırma və sahibkar universiteti qurmaq, hazırlanan mühəndis kadrların səviyyəsini beynəlxalq standartlar səviyyəsinə yüksəltməkdir.

AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdıran elm və təhsil nazirinin müavini Firudin Qurbanov şəxsiyyətin formalaşmasında universitetlərin rolundan danışıb. Bu istiqamətdə dünya təcrübəsinə nəzər salan Firudin Qurbanov peşəkarlığa fərqli konteksdən yanaşıb. Bildirib ki, peşəkarlıq həm də böhran vəziyyətində düzgün qərar vermək bacarığıdır. Bu bacarığa malik şəxsiyyətləri də universitetlər formalaşdırır. Bu mənada universitetlərin rolu insanların formalaşması baxımından çox mühüm əhəmiyyətə malikdir. Nazir müavini AzTU məzunlarının ölkənin müxtəlif sahələrində uğurlu fəaliyyətlərini də qeyd edib. Vurğulayıb ki, hazırda ölkənin ən aparıcı ali təhsil müəssisələrindən olan AzTU müasir standartlar səviyyəsində yeniliklərin tətbiq olunduğu universitetlərdəndir.

AzTU-nun fəxri məzunu, dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru, keçmiş xarici işlər naziri və keçmiş səfir Həsən Həsənov təhsil aldığı ali təhsil müəssisəsinin yubileyini təbrik edib, universitet illərindəki xatirələrindən danışıb. Mühəndislik peşəsinin dünyanın ən aparıcı peşələrindən olduğunu deyən Həsən Həsənov tələbələri ixtisaslarının sirlərinə dərindən yiyələnməyi tövsiyə edib. Bildirib ki, mühəndislik insanda ilk növbədə düşüncə qabiliyyətini formalaşdırır. Həsən Həsənov karyerasında əldə etdiyi uğurların mərkəzində məhz AzTU-nun dayandığını və hər zaman bu universitetin professor-müəllim heyətinə minnətdar olduğunu vurğulayıb.

AzTU-nun fəxri məzunu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov da AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Allahverən İsmayılov tələbələik illərindəki xatirələrini bölüşüb və universitetin onun formalaşmasında əhəmiyyətli rolundan danışıb.

AzTU-nun fəxri məzunu, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev universitetin 75 il ərzində qazandığı uğurlardan danışıb. Akademik deyib ki, mühəndislik yaradıcı peşədir. Artıq dünyada öyrədilən biliklərin tətbiqi və real problemlərin həllində istifadəsi əsas məsələlərdəndir. Bu gün dünyanı formalaşdıran innovasiya, yaradıcılıq və praktiki bacarıqların birləşməsidir. Rasim Əliquliyev çıxışında AzTU-nun hazırladığı mühəndis kadrların uğurlarına da diqqət çəkib. Akademik universitetdə təhsil aldığı illərdə ən maraqlı xatirələri də tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova AzTU-nun 75 illik yubileyini təbrik edib. O, nazirliklə universitetin birgə müxtəlif layihələr həyata keçirdiyini, bu layihələrin tələbələrin şəxsi inkişafına müsbət töhfələr verdiyini qeyd edib.

Tədbirdə Özbəkistanın Fərqanə Dövlət Universitetinin professoru Ehtiyat İbragimova rektor Bahodircon Şermuhammadovun AzTU-nun yubileyinə ünvanladığı təbrik məktubunun mətnini oxuyub.

Türkiyənin Yıldız Texniki Universitetinin prorektoru Hüseyn Yılmaz da AzTU-nun yubileyini təbrik edib, universitetin fəaliyyətində uğurlar arzulayıb.

Sonra elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif olunan AzTU müəllimlərinə mükafatlar təqdim olunub.

Yubiley tədbiri Qarabağ Universitetinin “Cadenza” orkestrinin ifası ilə davam edib.

Amidə Zeynalova

Xəbər Lenti

Fətulla Hüseynovun xatirəsi ehtiramla anılır21.12.2025 - 04:52
Unudulmaz sənətkar Tükəzban İsmayılova anılır21.12.2025 - 04:39
Azərbaycan ədəbiyyatının müharibə mövzusunda söz ustadı – Süleyman Vəliyev anılır21.12.2025 - 04:26
Azərbaycan muğam səhnəsinin unudulmaz sənətkarı – Əliövsət Sadıqov anılır21.12.2025 - 04:13
Azərbaycan mətbuatının tanınmış siması – Süleyman Məlikov xatırlanır21.12.2025 - 04:00
Narın sağlamlığa faydaları20.12.2025 - 19:38
Həftəsonu yola çıxacaq sürücülərə xəbərdarlıq 20.12.2025 - 19:22
Li Çayld: Britaniya məktəblərində triller janrına yer verilməlidir20.12.2025 - 19:08
Batumidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub20.12.2025 - 18:52
Məktəblilər arasında təhlükə: Siqaretə alternativ "snus"un mənfi təsirləri nələrdir?20.12.2025 - 18:36
Dünyanın ən soyuq yaşayış yeri Rusiyada qeydə alındı20.12.2025 - 18:22
Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir20.12.2025 - 18:07
“Media Savadlılığı” Həftəsi çərçivəsində gənclər üçün xarici ekspertlərin iştirakı ilə təlimlər keçirilib20.12.2025 - 17:54
Milli Teatrın yeni tamaşası: "Kral Lir" gürcü rejissorun quruluşunda20.12.2025 - 17:37
Monteneqro Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib20.12.2025 - 17:18
ADU-da Türkiyənin tanınmış alimləri ilə görüş keçirilib20.12.2025 - 17:00
ADNSU-nun da Kitabxana İnformasiya Mərkəzində innovativ xidmətlər mövzusunda infosessiya keçirilib20.12.2025 - 16:40
Autizmli gənclərin sosiallaşması və məşğulluğu mövzusunda dərs təşkil olunub20.12.2025 - 16:25
“Azerbaycan edebiyatında tür ve şekiller” adlı kitab çap olunub20.12.2025 - 16:10
Qazaxıstanın Milli Avrasiya Universitetinin nümayəndə heyəti ADU-da qonaq olub 20.12.2025 - 15:55
“Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı nəşr olunub20.12.2025 - 15:40
ADU nümayəndələri “Miqrasiya, suverenlik və konstitusion hüquqlar” mövzusunda konfransda iştirak edib20.12.2025 - 15:25
İsrail Məmmədov - “Ağbaba Qartalı” 20.12.2025 - 15:22
ADU-nun müəllimi beynəlxalq sertifikatlara layiq görülüb 20.12.2025 - 15:10
"600-dən çox bal toplayaraq qəbul olanlara 250 manat təqaüd verilir"20.12.2025 - 14:55
Buraxılış imtahanının vaxtı dəyişəcək? - DİM sədri20.12.2025 - 14:30
“O vaxt 600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik”20.12.2025 - 14:15
Bu mürəbbələr şəfa qaynağıdır20.12.2025 - 13:58
Ayda nüvə reaktoru quracaqlar20.12.2025 - 13:46
İstirahət günü hava necə olacaq? - 21.12.202520.12.2025 - 13:30
Rektor:Texnologiya artıq təhsilin köməkçisi deyil, təhsil modelinin özüdür20.12.2025 - 13:16
Azyaşlı qız dəm qazından boğularaq öldü20.12.2025 - 13:00
14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olundu20.12.2025 - 12:48
Kitab oxumağın beyinə faydaları açıqlanıb20.12.2025 - 12:36
Burada hər şey buzdandır20.12.2025 - 12:17
Magistral yollarda görmə məhdudlaşacaq20.12.2025 - 12:02
Çinli tələbələr təhsil strategiyasını dəyişir20.12.2025 - 11:50
Azərbaycan Texniki Universitetinin 75 illik yubileyi qeyd olunub20.12.2025 - 11:35
“Analitik kimya və instrumental analiz” dərsliyi nəşr olunub20.12.2025 - 11:15
600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik20.12.2025 - 10:50
Aşıq Alının “Nə qaldı” kitabı “ikinci dəfə çap olunub20.12.2025 - 10:30
Sabahın hava proqnozu açıqlanıb20.12.2025 - 10:17
ADNSU-da effektiv kommunikasiya ilə bağlı təlim keçirilib20.12.2025 - 10:05
"Özünü “təhsil eksperti” kimi göstərənlərin çoxu biznesmenlərdir"20.12.2025 - 09:50
“DİM həmişə bir addım öndədir”20.12.2025 - 09:25
"Valideynlər övladlarını ədalətsiz yanaşmağa təşviq edir"20.12.2025 - 09:12
"Bəhai İcması Azərbaycan mədəniyyəti və multikulturalizmi kontekstində" mövzusunda konfrans keçirildi20.12.2025 - 08:59